10 yanvar 2023 19:00
990

Əhvalınızın gözəl olmasını istəyirsinizsə...

Heç  fikir vermisiz ki,  əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir?

Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Florida Universitetinin tədqiqatçıları apardığı araşdırmalar nəticəsində məlum olub ki,  “qida antidepressantları” sayılan çay, şokolad və giləmeyvələrin tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır. Daha dəqiq desək,  qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.  Qeyd edək ki, həmin komponentlər  üzüm və qırmızı çaxırda da mövcuddur.

Alimlər bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə görə onları gündəlik  rasionunuza daxil etməyi  məsləhət görürlər. Yalnız həddi keçməyin. Çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı  olduğunu da unutmayın.

Samirə Tağıyeva, “İki sahil”