“Sumqayıt” futbol klubu dövrlərarası fasilədə Diego Kariokadan sonra növbəti futbolçunun keçidini reallaşdırıb.
"İki sahil" klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda son olaraq Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Konfrans Liqasında keçirdiyi iki oyunda da bir dəfə fərqlənməyi bacarıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək