"Qarabağ"dan ayrılan braziliyalı Kadi Borgesin Rusiya "Krasnodar"ına keçidi rəsmiləşib.
“İki sahil” xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni komandası ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.
27 yaşlı oyunçu Premyer Liqa təmsilçisində, Ağdam klubunda olduğu kimi, 20 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək