17 yanvar 2023 01:35
560

Havadan asılılıq haradan qaynaqlanır?

Çox vaxt insanlar əhvalın pisləşməsini havanın kəskin dəyişməsi ilə əlaqələndirirlər. Hətta “meteoroloji asılılıq” deyilən bir məhfum var.

Əslində problem hava ilə bağlı deyil, orqanizmin pozuntularıdır. Bir şəxs temperaturun dəyişməsinə kəskin reaksiya verirsə, o zaman damarlara diqqət yetirmək lazımdır. Rusiyalı endokrinoloq-ginekoloq Mariya Vavilova “Look” media platformasına müsahibəsində orqanizmin dəyişən hava şəraitinə uyğunlaşmağa çalışdığını qeyd edib.

"Orqanizm qeyri-sabitliyə dözmür. Yəni, kənarda nəsə dəyişibsə, o, öz işini elə tənzimləməlidir ki, sağ qalsın, öz homeostazını qorusun. Bunu edən əsas sistem ürək-damar sistemidir", deyə Vavilova izah edib.

Damarların içərisində endotel adlanan bir astar var. Orqanizmdəki vəziyyətdən asılı olaraq endotel uyğunlaşma reaksiyasını həyata keçirmək üçün bioloji aktiv maddələr və hormonlar ifraz edir.

"Damarların daxili qişası qüsurlu qala bilməz, hansısa hüceyrə ölübsə, o, dərhal dəyişdirilməlidir. Endotel qüsurludursa, bu, o deməkdir ki, bəzi stresli vəziyyətlərə, məsələn, hava şəraitinin və ya təzyiqin dəyişməsinə layiqli reaksiya verə bilməyəcəkdir”, deyə mütəxəssis bildirib.

"Meteohəssaslığın" təzahürü endotel hüceyrələrinin yenilənmədiyini göstərir.

Nubar Süleymanova, “İki sahil”