17 yanvar 2023 02:36
627

Bunlar dünyada ən təhlükəli ölkələr kimi tanınırlar?

Mütəxəssislər cinayətkarlığın ən yüksək olduğu 10 dövlətin mənfi reytinqini tərtib ediblər

Siyahıda dünyanın ən təhlükəli üç ölkəsi Venesuela, Papua Yeni Qvineya və Cənubi Afrika qeyd olunub. “World Population Review” yazır ki, reytinq əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına əsasən tərtib edilib. Məsələn, Venesuelada hər 100 min nəfərə 80-dən çox cinayət törədilir. Analitiklərin fikrincə, bu, Rusiyadan təxminən iki dəfə yüksəkdir.

Əfqanıstan siyahıda dördüncü, Honduras beşinci, Trinidad və Tobaqo isə altıncıdır. Daha sonra Qayana, El Salvador, Braziliya və Yamayka gəlir.

Venesuelada cinayət niyə bu qədər yüksəkdir?

Ekspertlərin fikrincə, Venesuelada cinayətlərin geniş vüsət alması hüquq-mühafizə orqanlarındakı korrupsiya, polisin maliyyələşdirilməməsi və odlu silahların dövriyyəsinə nəzarətin zəif olması ilə bağlıdır.

Bundan əlavə, Venesuela Kolumbiyadan gələn kokainin əsas tranzit ölkəsidir. Bu, ölkədə nəinki kolumbiyalı cinayətkar qrupların fəaliyyətə başlamasına, hətta yerli mütəşəkkil cinayətkarlığın da baş qaldırmasına səbəb olub. Şayiələrə görə, yüksək rütbəli hərbçilərin rəhbərlik etdiyi güclü narkotik alverçiləri şəbəkəsi olan “Günəş Karteli” yerli cinayət mühitində əsas hesab olunur.

Ötən il ən təhlükəli ölkələrin reytinqinə Venesuela başçılıq edib. Əfqanıstan üçüncü, Cənubi Afrika isə dördüncü yerdədir. Həmçinin 2022-ci ildə Suriya ilk onluqda idi - bu gün bu ölkədə kriminal vəziyyət yaxşılaşıb. Əvəzində Braziliya siyahıya daxil olub.

Nubar Süleymanova, “İki sahil”