18 yanvar 2023 15:42
563

Rusiyada depressiya yaradan mutasiya aşkarlanıb

Alimlər 4,5 min rusiyalının genom məlumatlarını analiz edib.

“İki sahil” xəbər verir ki, onlar rusların genində bağırsaqlarda iltihabi proseslərə cavabdeh olan genetik mutasiya aşkarlayıblar.

Belə ki, bağırsağın iltihabi kolit, qıcıqlanmış sindromu ilə depressiya arasında əlaqə mövcuddur. Genotek tədqiqat mərkəzi, Bexterev adına psixiatriya mərkəzinin araşdırmalarında pasiyentlərin depressiya səviyyəsi sosial HADS sorğu şkalası üzrə aparılıb.

Onların MAGİ2 genində yeni mutasiya – rs521851 aşkarlanıb. Rast gəlmə tezliyi 10 nəfərdən 1 idi. MAGİ2 geni bağırsağın homeostazını dəstəkləyir, qıcıqlanmış bağırsaq sindromunda homeostaz pozulur, bu zaman bağırsaqla beyin arasında əlaqə da pozulur. Nəticədə depressiya yaranır. Nutrisoloq və bikomyaçı Yekaterina Novikova bir çox depressiya xəstələrinə kofeinli içkilər qadağandır.

Məsələn, artrit və varikoz xəstələrinə qəhvə və qəhvə əvəzləyici içkilər olmaz. Alimlər kütləvi depressiyanın olmasında da bu genom dəyişikliyini səbəbkar bilir.