Kiçik ada-dövləti Nauru əhalisinin 95%-i artıq çəkiyə malikdir. Bəs görəsən bunun səbəbi nədir ? Əslində elə ciddi bir səbəb yoxdur. Onlar, sadəcə, çox yeyir və az hərəkət edirlər.
Maldiv daha çox balıqçılıqla məşğul olmağı sevənlər üçün ideal məkandır.
Niqabı ( üz örtüyü) qadağan etmiş ölkələr bunlardır: Fransa, İsveçrə, Niderland, Çin, Belçika, Avstriya, Bolqarıstan.
Rusiyanın meşələrinin 25 %-i ölkənin Sibir ərazisində yerləşir. Bu meşə ABŞ-ın kontinental hissəsindən çox sahəni əhatə edir. Məhz bu, Rusiyanı dünyanın karbon qazını oksigenə çevirən ən böyük ölkəsi edir.
Monqolustan insanların ən az məskunlaşdığı yerdir. Burada əhalinin sıxlığı 1.5 kvadratkilometrə 4 nəfərdir.
Qatarla gəzməyi xoşlayanlar Londona gedə bilərlər. Orada çox səliqəli və intizamlı 270 stansiya mövcuddur.
Hazırda dünyada ən çox xarici borcu olan ölkə ABŞ-dır( 31 trilyon dollar).
Şosedə müxtəlif manevrlər etmək istəyənlər Almaniyaya üz tuta bilərlər. Orada yollarda məhdudiyyətlər yoxdur.
Vadi-əs-Salam dünyada ən böyük qəbiristanlıq hesab olunur. Arxeoloqlar “dünya vadisi” adlandırdıqları həmin qəbiristanlıqda 5 milyon insanın qalıqlarının dəfn olunduğunu müəyyən edib. İraqda yaşayan hər 2-ci şəxsin qohumu burada dəfn olunub. Altı kvadrat kilometr sahəni əhatə edən qəbiristanlıq Ən-Nəcəf şəhərində yerləşir.Vadi-əs-Salam vadisi dünyada yeganə qəbiristanlıqdır ki burada 1400 il ərzində insanlar dəfn olunur. Qəbiristanlıq YUNESKO-nun Ümumdünya irsi obyektlərinin ilkin siyahısına daxil edilib.
Las-Veqasa hər il 40 milyon turist səyahət edir.
Dünyadakı göllərin 60%-i Kanada ərazisində yerləşir. 3 milyondan artıq göl bu ölkə ərazisinin 9%-ni əhatə edir. Finlandiya da Kanada kimi çoxsaylı gölləri ilə məşhurdur.
Heç bilirdinizmi ki, Yeni Qvineyada 820-dən artıq dildə danışılır? Bu ölkədə ingilis dilinin rəsmi dil olmasına baxmayaraq, həqiqətdə bu, sadəcə formallıqdır. Burada əhalinin cəmi 2%-i ingilis dilində danışır.
Dünyanın ən böyük tiryək istehsalçısı Əfqanıstandır. Demək olar ki, tiryəyin 95%-i burada yetişdirilir.
Borneo və Sumatra adalarında dünyanın ən böyük gülü yetişdirilir. Bu gülün diametri bir metrdən artıq, çəkisi isə 11 kq-dır.
Norveçdə “Gecəyarısı Günəşi” adlı tez-tez baş verən qeyri-adi hadisə zamanı gecənin bir yarısı günəşin işıq saçdığını müşahidə edə bilərsiniz.
Liviyanın 99% ərazisini səhra təşkil edir. Bu ölkənin bəzi bölgələrində onillərlə yağış yağmır.
Somali daim qonşu ölkələrə hücum edən ölkədir. Somalililər daim müharibə və inqilablar içindədirlər. Məhz buna görə Somali əhalisi hətta qidanın çatışmadığı ən kasıb ölkələr siyahısına daxildir.
Samirə Tağıyeva, “İki sahil”