19 yanvar 2023 02:38
744

Yağların sağlamlığa faydaları: Miflər və həqiqətlər

Bir çox insanlar hələ də yağlardan ehtiyat edirlər. Bəziləri çox yağlı qidaların kalorililiyindən qorxur, bəziləri isə yağlı qidaların ürəyin fəaliyyətinə mənfi təsir göstərməsinə görə narahat olur. Doktor Myasnikov "Rusiya 1" kanalında "Ən vacibi haqqında" verilişində bu mifi təkzib edib və yağların bədənə nə üçün lazım olduğunu izah edib.

Ekspertin izah etdiyi kimi, sağlam yağları zərərli yağlardan ayırmağı öyrənmək vacibdir.

Ən təhlükəlisi trans yağlardır (marqarin, fastfud, şirniyyat və bəzi işlənmiş qidalar) - onlar ürəkdə və qan damarlarında problemlərə, piylənməyə və endokrin sistemin pozulmasına gətirib çıxarır.

"Trans yağlar xəmir məmulatlarının, kolbasaların tərkibində olur. Bunlar bitki mənşəli yağların hidrogenləşmiş məhsullarıdır. Çörəklərə təravət, dad verir. Əslində isə zərərlidir", - deyə həkim bildirib.

Doymamış yağların iki növü var: tam doymamış və monodoymamış. Bu cür yağlar ürək-damar sisteminin işinə müsbət təsir göstərir və bədən tərəfindən tez sorulur.

Tam doymamış bitki yağları küncüt, həmçinin qoz-fındıqda zəngindir.  Monodoymamış yağların mənbəyi zeytun yağı, həmçinin avokado, fıstıq yağıdır. Bu yağlar orqanizmə yalnız fayda gətirir.

Nubar Süleymanova, “İki sahil”