25 yanvar 2023 08:24
245

Bakının bu yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

Bu barədə “İki sahil”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, hal-hazırda

1. Heydər Əliyev prospekti əsas və köməkçi və əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.