25 yanvar 2023 23:34
600

Ən qısa və uzunmüddətli REKORDLAR

160 gündən çox davam edən istilər

1923-cü ildə Floridanın Marble Bar şəhərində ilin təxminən 8 ayı ərzində temperatur +49 dərəcəyə çatıb.160 gündən çox davam edən və bir çox insanın həyatına son qoyan bu anomal istilər” Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu.

1861-ci ildə Kaliforniyada 40 gündən çox ildırım çaxıb

Yəqin ki, bir çoxları İncildə 40 gün 40 gecə davam edən qlobal daşqın haqqında eşitmiş olar. Oxşar hadisə 1861-ci ilin dekabr ayında Kaliforniyada baş verdi. Yağışlar ardıcıl 43 gün davam etdi. Sakramento, Fresno və Beykersfild kimi şəhərlərin yerləşdiyi Kaliforniya Vadisi 4,5 m dərinlikdə su altında qaldı. Burada yerləşən bir çox məkanlar demək olar ki, yer üzündən silindi. 200 mindən çox iribuynuzlu heyvan tələf oldu.

Hətta yanvarın 10-da Kaliforniyanın yeni qubernatorunun andiçmə mərasimi keçirilən zaman o, həmin binaya qayıqla getməli olmuşdu.

14642 gün ərzində şörflə məşğul oldu

Şörfun çox sevən Deyl Vebster 1975-ci ilin sentyabrında öz marafonunu başladaraq təxminən 40 il ərzində hər gün sörfinqlə məşğul olurdu. 14642 gün ərzində sörflə məşğul olan bu insan “ Ginnesin Rekordlar Kitabı” na düşsə də, lakin 4 oktyabr 2015-ci ildə böyrəyindən əməliyyat olunduqdan sonra hobbisinə fasilə vermək məcburiyyətində qadı.

155 gün dayanmadan üzdü

Üzgüçü Ross Ecli Böyük Britaniya ətrafında üzərək tam dövrə vurmaqla “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Gənc britaniyalı idmançı iyunun 1-də Kent qraflığında yerləşən Marqit şəhərindən üzməyə başlayıb. O, 155 gün ərzində 1780 mil (təxminən 2864 kilometr) məsafə qət edərək quruya ayaq basmayıb.
İdmançı səyahətinin 74-cü günündə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Beynəlxalq Üzgüçülük Assosiasiyası onun bu nailiyyətini dənizdə ən uzunmüddətli üzən insan kimi qiymətləndirib.

Donna Griffiths 976 gün dalbadal asqırdı

Donna Griffiths dünyanın ən uzun asqırması rekordunu vurmuşdu. 13 yanvar 1981-ci ildə asqırmağa başlayan qadın 16 sentyabr 1983-cü ilə qədər dayanmadan asqırmışdı.

Valeri Polyakov kosmosda 437 gün keçirib

Beynəlxalq Kosmik Stansiyaya uçuşların əksəriyyətində astronavtlar kosmosda təxminən altı ay vaxt keçirirlər. Lakin rus kosmonavtı Valeri Polyakov bir insanın kosmosda ən uzun müddət qalma rekordunu vurdu. O, 1994-1995-ci illərdə kosmosda 437 gün keçirdi. O, həyatında yalnız iki dəfə kosmosa uçsa da lakin bu müddət ərzində demək olar ki, Marsa qədər çatıb, geriyə döndü.

Qeyd edək ki, Valeri Polyakov, məqsədi uzunmüddətli kosmos uçuşunun insanın zehni və bədəninə təsirini qiymətləndirmək olan bir araşdırmada iştirak etmək idi və o bunu bacardı. Qayıtdıqdan sonra, bir neçə ay davam edən əhval-ruhiyyənin pisləşməsi istisna olmaqla, bu uçuş onun sağlamlığına heç bir mənfi təsir göstərmədiyi müəyyən edildi.

İlon Mask qısa müddət ərzində külli miqdarda pul itirib

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

O, 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir.

İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.

6 ildən çox davam edən xəstəlik məzuniyyəti

Keçən il ildə Monteneqroda dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordu qeydə alınıb. 6 ildən çox müddətdə fasiləsiz xəstəlik məzuniyyəti götürən Monteneqro sakini dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordunu qırıb. Bu ölkədə 6 ildən çox məzuniyyətdə olan işçi ilə yanaşı, 54 və 58 ay fasiləsiz xəstəlik məzuniyyəti götürən işçilər də var.

Qeyd edək ki, Monteneqro hər il keçirilən tənbəllik yarışları ilə gündəmə qalmaqdadır.

Ən uzunmüddətli nikah

2018-ci ildə dünyada ən uzunmüddətli ailə münasibətlərinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil olan yaponiyalı Masao Matsumoto və onun həyat yoldaşı Miyako uzunmüddətli nikahın sirrini belə izah edib: "Mən çox sevincliyəm. Düşünürəm ki, səbəb səbirli olmağımdır" Onlar 1937-ci ildə nikah bağlayan cütlüyün əslində heç toyu olmayıb. Çünki Masaonu o vaxt müharibəyə göndəriblər. Qeyd edək ki, cütlüyün 25 nəvəsi var.

Ən qısamüddətli klip

2016-cı ildə yaponiyalı komediya aktyoru Kazuhiko Kasako leopard və ilan naxışlı paltarda gülməli klip çəkdirib. Özünəməxsus rəqsi ilə klipə populyarlıq qazandıracağını isə ağlına belə gətirməyib. 45 saniyəlik mahnı qısa müddət ərzində "YouTube"də 155 milyondan çox insan tərəfindən izlənilib. Klip ABŞ-da ən çox dinlənilən mahnıların sıralandığı “Billboard Hot 100” listinə daxil olub. Bununla da "Bilboard Hot 100" siyahısına daxil olan ən qısa mahnı olaraq o adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

921 dəqiqə ərzində qol buraxmayan qapıçı

Ən uzun müddət ərzində qol buraxmayan qapıçı Yeni Zelandiyadan olan Riçard Uilson oldu. O, 1982-ci ildəki yarışın seçmə mərhələsində 921 dəqiqə ərzində heç bir qol buraxmayıb.

Ən qısamüddətli müharibə

1896-cı ildə Böyük Britaniya ilə Zənzibar sultanlığı arasında dünya tarixinin ən qısamüddətli savaşı baş verib. Cəmi 38 dəqiqə davam edən müharibə müddətinə görə “Ginnessin Rekordlar Kitabı”na düşüb. Çox maraqlıdır ki, bu müharibədə Zənzibar ordusundan 500-ə yaxın əsgər öldü, Böyük Britaniya ordusundan isə cəmi 1 nəfər yaralandı.

Samirə Tağıyeva, “İki sahil”