Alimlər hesab edirlər ki, uşaqlara kitab oxumağı öyrətmək üçün ən uyğun yaş 4-6 arasıdır. Tədqiqatlar göstərir ki, 6-7 yaşdan sonra uşaqları oxumağa öyrətmək daha çətin olur.
Təəccüblü olsa da Küveyt dinarı dünyanın ən qiymətli valyutasıdır. Küveytin rəsmi pul vahidi olan Küveyt dinarının bu qədər qiymətli olmasının səbəbi isə bu ölkənin dünyanın ən böyük neft ixracatçısı olmasından qaynaqlanır. Küveyt həyata keçirdiyi neft satışlarını Küveyt dinarı üzərindən reallaşdırdığı üçün pul davamlı olaraq qiymətli hesab olunur. Cari məzənnəyə əsasən dəyəri 3,5 amerikan dollarıdır. Bu, həmçinin çox qeyri-adi valyutadır. Birincisi, bu pul bir çox banknotlar kimi 100 deyil, 1000 hissəyə bölünür. Kiçik sikkələr isə fils adlanır. İkincisi isə Küveytdə banknotlar kəsrlə çap edilir. Məsələn, ¼ və ½ dinar. Üçüncüsü isə bu ölkədə ən böyük nominal cəmi 20 dinardır.
Dünyada ən bahalı dişi İsaak Nyutona aiddir. Diş 1816-ci ildə auksionların birində 3300 dollara satılmışdı.Çox maraqlıdır ki, bu dişi alan aristokrat onu üzüyünə qiymətli daş kimi yerləşdirib.
Çox maraqlıdır ki, dünyada ən çox kitab oxuyan ölkə Hindistandır. Demək olar ki, burada insanlar gündəlik orta hesabla 10 saat 42 dəqiqə kitab oxuyur. Bu göstəricilər bir çox ölkələri geridə qoyur.
Hollandiyanın “Qithorn” kəndində maşın yolu yoxdur. Burada insanlar mağazaya və yaxud bir-birinin evinə qonaq getmək üçün yalnız qayıqdan istifadə edirlər. Bu qeyri-adi kənd “ Hollandiyanın Venetsiyası”da adlandırırlar.
İsveçrədə işləyən insanları 75%-i ayda 5000 avrodan çox pul qazanır.
Danimarkalılar öz vətənpərvərliklərini ad günlərini qeyd edəndə belə mütləq nümayiş etdirməlidirlər. Burada ad gününü qeyd edən insanın balkonunun pəncərəsindən bayraq asılır. Beləliklə hamıya bəlli olur ki, bayraq asılmış evdə yaşayan ev sahibinin həmin gün doğum günüdür. Danimarka krallığının bayrağının kiçik forması da ad günü tortunun üstündə olması mütləqdir.
Masabumi Hosono adlı məşhur məmur Titanik qəzasından sağ qurtulsa da, ölkəsinə qayıdanda şiddətlə qınanmağa başlandı. İnsanlar onu “ qorxaq” adlandırırdılar. Bunun əsas səbəbi təxliyyə zamanı qarışıqlıqdan istifadə edən məmur uşaqlar və qadınlar üçün nəzərdə tutulmuş qayığa minmişdi.
Heç bilirdinizmi ki, 2000-ci ilin aprel ayında kəşf edilən Kepler-1649c adlanan planet Yer kürəsinə ən çox oxşayan planetlər arasında birincidir. Bu planet yerdən 300 işıq ili uzaqdadır.
2008-ci ildə Kaliforniyada aparılan kiçik bir araşdırma nəticəsində müəyyən olub ki, ofisdə bir iş günü ərzində hər bir insan üzünə saatda 15,7 dəfə toxunur. Nəticədə, insanın orta hesablama ilə 8 saat yatdığını nəzərə alsaq, o, gündə təxminən 250 dəfə üzünə toxunur.
ABŞ-da aparılan yeni bir araşdırma göstərib ki, qida bədən saatımıza uyğun qəbul edildiyi zaman daha yaxşı həzm olunur. Bu araşdırma qidanın tərkibi və miqdarı qədər yemək vaxtının da ən az bu qədər mühüm olduğunu göstərir. ABŞ-ın məşhur dietoloqları yeməyi müntəzəm intervallarla qəbul etməyi məsləhət bilirlər.
Sübut olunub ki, böyük kalorili qidaları günün erkən saatlarında qəbul etmək piylənmə riskini azaldır.
Çində hər il təxminən 57 milyard yemək üçün çubuqlardan istifadə olunur. Milli Meşə Təsərrüfatı İdarəsi bildirir ki, bu qədər çubuq hazırlamaq üçün təxminən 3,8 milyon ağac lazımdır. Çubuqların təxminən 45%-i pambıq, ağcaqayın və ladin ağaclarından, qalanları isə bambukdan hazırlanır.
ABŞ-ın Loma Linda Universitetindən olan tədqiqatçılar aydınlaşdırıblar ki, ürəkdən gülmə qanda somatotropin hormonunun səviyyəsini 87% yüksəldir. Bu hormon təkcə boy hormonu hesab edilmir, bu hormon həm də qocalma prosesini ləngidir.
ABŞ -ın Milli Onkologiya İnstitutunun məlumatına görə, gülüş təkcə boy hormonunu deyil, həmçinin imunitet sisteminin komponentlərini də dəstəkləyir. O əsasən limfositləri: NK - hüceyrələrinin, B - limfositlərinin və T limfositlərinin işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Britaniya Qəhvə Assosiasiyası bildirib ki, gündə 2 milyarda yaxın fincan içilməklə qəhvə dünyada ən populyar içki hesab olunur. Lakin bu, ilk baxışdan belə görünür. Dünyanın ən çox iki ən çox əhalisi olan ölkəsi - Çin və Hindistanda - cay daha çox içilir. Qəhvəyə Şimali və Cənubi Amerika ölkələrində üstünlük verilirsə də Asiya və keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük çaya verilir. Britaniyanın Sheffield Universitetindən coğrafiyaşünas David Grigg hesab edir ki, müqayisə içilən litrlərlə aparılmalıdır. O, qeyd edir ki, dünyada istehlak olunan qəhvənin çəkisi çayın çəkisindən 80 faiz artıq olsa da, bir fincan içkiyə 10 qram qəhvə tələb olunur, çaya isə cəmi 2 qram sərf olunur. Riyazi hesablamalar göstərir ki, hər bir fincan qəhvə müqabilində dünyada 3 fincan çay içilir.
Kembric hersoqu şahzadə Vilyam və Ketrin Middltonun toyu 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutan toyu “dünyanın ən çox yayımlanan toyu” kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu. Çox maraqlıdır ki, onların toyları internetdə 72 milyon dəfə yayımlanmışdı.
Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yaradaraq, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhmli idarəçiləri solaxaylardır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olurlar.
Qazlar əla eşitmə və müstəsna görmə qabiliyyətinə malikdirlər. Həmçinin bu quşlar ərazisini qoruyarkən, hətta özlərindən daha güclü rəqiblərdən qorxmurlar. Bu da onlara aqressiv və yüksək səslə davranmağa imkan verir. Görünür aqressiv olan quşlar məhz bu səbəbdən Çinin Sincan əyalətində bəzi polis məntəqələrini gecələr qoruyurlar.
Yer kürəsində qanın tərkibindən asılı olaraq müxtəlif qan rənginə sahib olan canlılar mövcuddur . Əksər canlıların qanının tərkibində dəmir olduğu üçün onların qanının rəngi qırmızı olur. Qanında mis olan heyvanlar isə mavi qan rənginə sahib olurlar (məsələn, kalamar, xərçəng, hörümçəklər ). Vanabin maddəsi isə öz növbəsində qanı sarı rəngə boyayır. Sarı qan rəngi adətən böcəklər, dəniz xiyarlarında olur. Xlorokruorin maddəsi isə qanı yaşıllaşdırır (qurdlar, zəlilər). Hemeritrin isə qana bənövşəyi rəng verir . Bu cür qan rəngi bir neçə növ qurdlarda rast gəlinir.
İslandiyada 930-cu ildə yaranan "Althingi"adlı parlament dünyanın ən qədim parlamenti adını qazandı.
Samirə Tağıyeva, “İki sahil”