03 fevral 2023 17:03
272

Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 55 avtomobil maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

“İki sahil” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Belə ki, həmin minik maşınları Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 55-ə çatıb.