07 fevral 2023 01:36
1929

Paxlalı bitkiləri sevmək üçün yeddi səbəb

Ən dadlı yeməklərdən biri lobyadır.  Noxud, lobya, mərcimək hər cəhətdən dadlı və sağlamdır. “Rossiya 1” kanalında yayımlanan müəllif proqramında doktor Myasnikov paxlalı bitkilərin faydalı xüsusiyyətlərindən danışıb.

Alexander Leonidoviç paxlalı bitkilərin pəhrizinizə daxil edilməsinin yeddi səbəbini sadalayıb.

Əvvəla, bu bitkilərin tərkibinin  demək olar ki, 30-40%-i bitki mənşəli protein mənbəyidir. Buna görə vegetarianlar paxlalıları çox sevirlər. Və xüsusilə soya! Paxlalı bitkilərdə ət kimi B12 vitamini yoxdur, lakin onların tərkibində protein var.

Paxlalılar dəmir, A qrupunun vitaminləri, sink, xrom, maqneziumla zəngindir.

Paxlalılar aşağı glisemik indeksə malikdir və diabet xəstələri üçün əla qidadır. Diabetə meyilli insanların pəhrizinin dörddə biri paxlalılar olmalıdır.

Eyni zamanda, paxlalılar kifayət qədər aşağı kalorili məhsuldur. Onları hər gün yemək olar. Ancaq gündə 2000 kalori normanı aşmamağa çalışın.

Ən sadə və ən məşhur paxlalı yeməklərdən biri lobyadır. Lobyanın tərkibində xərçəng əleyhinə fəaliyyət göstərən müəyyən polifenollar var.

Ən son tibbi məlumatlara görə, paxlalılar podaqra xəstəliyinə qarşı da yaxşı təsir göstərir.

Hipertoniya zamanı paxlalılar mütləq lazımdır. Məhsul hipertoniya üçün xüsusi pəhrizin bir hissəsidir, bu zaman duzun miqdarı azalır, tərəvəz, meyvə, lif, həmçinin zülal və kaliumun miqdarı artır.

Nubar Süleymanova, “İki sahil”