07 fevral 2023 02:35
623

COVID sonrası kimlər ürək problemi riski altındadır?

Tümen Kardiologiya Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri koronavirus pnevmaniyasının ürək sağlamlığına təsiri ilə bağlı uzunmüddətli araşdırma aparıb və hansı kateqoriya xəstələrdə riskin daha yüksək olduğunu müəyyən ediblər.

Bu, Rusiya Federasiyasında bir il davam edən ilk belə tədqiqatdır. TASS-ın Mərkəzin instrumental diaqnostika laboratoriyasının rəhbəri, tibb elmləri doktoru Yelena Yaroslavskayaya istinadən verdiyi məlumata görə, COVID-19 pnevmaniyası insanların 28 %-də xroniki ürək çatışmazlığının inkişafı təhlükəsi yaradır.

Belə bir təhlükənin mövcudluğunun əlaməti olaraq, tədqiqatçılar xəstəlikdən bir il sonra aşkar edilən sol mədəciyin uzununa gərginliyinin pozulmasını, yəni ürək əzələsinin daralması zamanı zəifləmiş deformasiyasını qəbul ediblər.

Həddindən artıq çəki və xəstəliyinin kişilərdə olması əsas risk faktorları sırasındadır: Belə ki, kişilər qadınlara nisbətən beş dəfə daha çox COVID sonrası ürək çatışmazlığı yaşaya bilərlər.

Nubar Süleymanova, “İki sahil”