10 fevral 2023 01:35
856

Yadplanetlilərdən 8 radio siqnal?

Süni intellektə yerdənkənar sivilizasiyaların potensial mesajlarını ayırd etmək üçün yeni öyrənmə alqoritmi öyrədilib.

Bu yolla süni intellekt kosmosdan şübhəli şəkildə “qeyri-təbii” görünən səkkiz radio siqnalı aşkar edib.

Açıqlayaq ki, kəşf qalaktikamızın digər planetlərindən yayılan süni radiosiqnalların axtarışına yönəlmiş “Breakthrough Listen” təşəbbüsünün bir hissəsi kimi həyata keçirilib. Tədqiqatçılar bu siqnalları “texnoimza” adlandırırlar.

Belə nəticəyə gəliblər ki, yadplanetlilər Yeri skan etsəydilər, onlar bizim radio rabitəmizi və insan texnologiyası ilə ötürülən digər elektromaqnit siqnallarımızı götürə bilərdilər. Düzdür, bu siqnalları uzaqdan “eşitmək” o qədər də asan deyil.

Digər sivilizasiyaların tapılması problemi əsasən Kainatın çox səs-küylü bir yer olması ilə müəyyən edilir.

Ulduzlar, qara dəliklər, kvazarlar, fövqəlnovalar, qamma-şüa partlayışları və bir çox başqa obyekt və hadisələr müxtəlif dalğa tezliklərində elektromaqnit şüalanması ilə müşayiət olunur.

Buna mobil radio rabitəsi və peyk naviqasiya sistemlərinin yaratdığı müdaxilə də əlavə edildikdə, bu fon səs-küyündə mümkün yadplanetli siqnalları ayırd etmək demək olar ki, qeyri-mümkün olur.

Yeni süni intellekt kosmosdan şübhəli şəkildə “qeyri-təbii” görünən səkkiz radio siqnalı aşkar edib.

Açıqlayaq ki, kəşf başqa yerlərdən yayılan süni radiosiqnalların axtarışına yönəlmiş “Breakthrough Listen” təşəbbüsünün bir hissəsi kimi edilib.

Alimlərin fikrincə, belə bir monumental vəzifə süni intellektin gücü daxilində olmalıdır. Süni intellekt sistemləri böyük həcmdə məlumatları çeşidləyə və onlarda müəyyən nümunələri tapa bilir.

Kanada və ABŞ-dan olan tədqiqatçılar yeni maşın öyrənmə alqoritmini texnoimza üçün ən perspektivli namizədləri süzgəcdən keçirmək məqsədilə hazırlayıblar.

Üç milyon siqnaldan (bu, 150 terabayt məlumat və ya 480 saat müşahidədir) süni intellekt insanlar üçün maraqlı ola biləcək 20 515 siqnal müəyyən edib. Sonra tədqiqatçılar onların hər birini əl ilə sınaqdan keçirdilər.

Və maraqlısı odur ki, onlar axtardıqlarını tapıblar.

Bu siqnallardan səkkizini əminliklə müdaxilə ilə əlaqələndirmək olmaz. Onların xüsusiyyətləri elm adamlarının texnoimzanın nə ola biləcəyi ilə bağlı fikrinə uyğun gəlir.

Tədqiqatçılar teleskoplarla səmada bu siqnalların yarandığı yerləri araşdırdılar, lakin orada heç nə tapmadılar.

Alimlərin qəribə siqnallar haqqında məlumat almasından və səmanın müəyyən sahələrinə nəzarət etməyə başlamasından beş ildən çox vaxt keçib. Lakin onlar oxşar siqnalı müşahidə etməyiblər.

Tədqiqatın müəllifləri etiraf edirlər ki, onlar əsl yerdənkənar texnoimzanın necə görünməli olduğunu dəqiq bilmirlər. Digər sivilizasiyalar isə unikal texniki ssenari əsasında inkişaf edə bilər. Bundan əlavə, onlar bilərəkdən bizdən gizlənə bilərlər.

Simulyasiyalardan istifadənin süni intellektə elm adamlarının əslində ehtiyac duyduqlarından tamamilə fərqli bir şey axtarmağı öyrədə biləcəyi barədə nə deyə bilərik.

Yeni araşdırma 30 yanvar 2023-cü ildə “Nature Astronomy” jurnalında dərc edilib.

Nubar Süleymanova, “İki sahil”