11 fevral 2023 02:35
632

Onlar qətl törətməkdən zövq alırlar...

Andrey Çikatilo

Ukrayna əsilli  seria qatili  Andrey Çekatilo 1978-1990-cı illər arasında 53 nəfərin qətlinə görə məsuliyyətə cəlb olunmuşdu. Deyilənlərə görə Çekatilonun çox çətin bir uşaqlığı olub. Andrey   və anası alman əsgərləri tərəfindən təcavüzə uğramışdı. Sonradan ədəbiyyat müəllimi olan və əyalət universitetlərinin birində dərs deyən bu qatilin  etirafına görə, o, 56  adam öldürməyə cəhd edib. Lakin  onlardan 53-nü öldürərək arzusuna çatıb. Onun qurbanlarının əksəriyyəti qadınlar idi. Çekatilonun qurbanları adətən  cinsi zorakılığa məruz qaldığdan sonra  amansızcasına öldürürülürdü. Çikatilo qurbanlarını öldürdükdən sonra onların üzərinə gəlincik qoyub aradan çıxırdı. Bu qəddar cani   1994-cü il fevralın 14-də başından güllə ilə vurularaq edam edilir.

Harold Şipman

İxtisasca həkim olan Harold  Şipman  "karyerası" ərzində 236 xəstəni qətlə yetirib. O, pasiyentlərini daha öncə sağaldır, sonra isə  öldürməkdən həzz alırmış. Qatil törətdiyi bu cinayətləri "Tanrı oyunu" adlandırmışdı. Məşhur dedektiv Dam Smit uzun araşdırmalardan sonra  Şipmanın  törətdiyi cinayətlərinin əsl səbəbini tapır. Onun iddiasına görə, Şipman törətdiyi cinayətlərdən həzz alıb və qətl törətmək onun üçün artıq bir vərdişə çevrilmişdi. O, 2004-cü ildə doğum günündən bir gün əvvəl o öz kamerasında intihar edib.

Dahler

Dahler ləqəbli bir gəncin qətlə yetirdiyi insanların sayı hələ də məlum deyil.  O, hər kəslə olduqca mülayim davrandığı üçün heç kimin ağlına onun qatil olduğu gəlmirdi.  Cani adətən  qurbanlarının başını qazmaqla  deşirmiş.

Ted Bundi

1974-1978-ci illər arasında ABŞ-ın müxtəlif yerlərində  qadın meyitləri aşkar olunur.  Cinayətlər oxşar üsulla törədildiyindən cinayət elementləri bir-birinə bənzədiyi üçün  bu qətllərin Ted Bundi ilə əlaqəli olduğu müəyyən edilir. Yalnız 10 ildən  sonra Bundi otuzdan çox qətl törətdiyini etiraf edir.  Ted  xilasetmə mərkəzində , intihar etmək istəyən şəxslərin zənglərinə cavab verirdi. Onları niyyətindən yayındırmaq əvəzinə, onları intihara təşəbbüs edirdi. Beləcə o, əlini qana batırmadan insanları intihar etməyə vadar edirdi. Budinin  qurbanları isə  əsasən gənc və gözəl qadınlar olub. Əvvəlcə Bundinin sosiopat olduğu düşünülür. Törətdiyi amansız qətllərə baxmayaraq, o, ABŞ mediasında savadlı , yaraşıqlı və nəzakətli bir gənc kimi təsvir edilir. Ted Bundi 1989-cu ildə elektrik stulunda edam edilir.

Pedro Lopez Monsalve

"And canavarı" kimi tanınan  qatil Kolumbiya, Peru və Ekvadorda  300 uşağa təcavüz etdikdən sonra  onları qətlə yetirib. 1980-ci ildə onun qətlə yetirdiyi 53 uşağın məzarı polis tərəfindən tapılır. 1999-cu ildə verdiyi müsahibədə özünü "əsrin adamı" kimi qələmə verən Pedro  yaxşı davranışına görə azadlığa buraxılmalı olduğunu bildirib.  Çox təəssüf ki, o, 53 uşağın ölümünə görə 1980-1998-ci illər arasında həbsdə yatsa da, sonradan azadlığa buraxılır.Həbsdən çıxdıqdan sonra ondan bir daha xəbər alınmır.

Meri Enn Kotton

Meri Enn Kotton arsenat turşusu ilə 20-yə yaxın insanı zəhərləyərək öldürüb.   O,  ərini, uşaqlarını və hətta öz anasını öldürmüşdü. Cani qadın öldürdüyü insanlara əzab verməyidə sevirdi. Merinin qohumlarının, ətrafındakı insanların eyni dərddən ölməsi polisi şübhələndirir və beləliklə  qatil qadın həbs edilir. Onun edamını yerinə yetirən cəllad, isə canidən qisas alırmış kimi,bilərəkdən kətili ayağının altından çəkməyi unudur və onun əzablarını bilərəkdən  uzadır. 

Holmes

Holmes adlı bu qatil  özü üçün əməllicə biznes qurmuşdu.  35 yaşlı bu qatil öldürdüyü şəxslərin çürüməsini gözləyir sonra isə onların skeletlərini təmizləyərək tibb universitetlərinə satırdı.

Mayra Hindli

Silsilə qətllər törədən qadın killer xanım dostu İen Brayenlə  bir neçə il ərzində  10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb, ölənə qədər işgəncə verərək öldürürlər. Canilər öz cinayətlərini tarixə salmaq üçün onları hətta kameraya belə  çəkirdi. Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar edirlər.

Ömürlük həbsə məhkum olan bu qatillər  öz əməllərindən peşman olmadılar. Hökm elan olunan vaxt sakitcə oturub dondurma yeyərək məhkəmə iclasının sonunu gözləyirdilər. Məlumata görə, Marya Hindli həbsxana xəstəxanasında ürək tutmasından ölür.

Edmund Kemper

Kemper hələ 15 yaşında olarkən nənə və babasını öldürür. Törətdiyi cinayətə görə o, ruhi xəstə cinayətkarlarının saxlandığı ən ağır rejimli həbsxanada cəza çəkirdi. Psixiatrlar onu sağaldığına inandırdıqdan sonra 21 yaşında sərbəst buraxırlar. O, 1970-ci illərdə anası da daxil olmaqla bir çox qadını qətlə yetirir.  Ən intellektual cani kimi tanınan Kemper  10 nəfəri qətlə yetirdiyinə görə həbs olunsa da,  lakin onun qurbanlarının  sayı daha çox olub. Qeyd edək ki, məşhyr  "Quzuların səssizliyi" filmi məhz Kemperin cinayətlərindən bəhs edir.   24 aprel 1973-cü ildə həbs edilən bu cani  ömürlük cəzaya məhkum olub.

Robert Pikkton

Robert Pikktonun törətdiyi qətllərin sayı-hesabı yoxdur.  Cani qurbanlarını diri-diri ağac doğrama maşınından keçirərək bir neçə parçalara ayırırdı. Daha sonra isə o parçaları evinin həyətində saxladığı donuzlara yedirirdi. 

Bell Qanes

Bu qadın  Amerikanın tarixində ən məşhur qatil qadın olub. O, iki ərini, qızlarını, bir neçə sevgilisini öldürmüşdü. Onun əsas hədəfi sığorta şirkətlərindən  ölmüş insanların yerinə pul almaq idi.  Deyilənlərə görə Qanes 30-dan çox insanı qətlə yetirmişdi.

Samirə Tağıyeva, “İki sahil”