15 fevral 2023 00:57
612

Qadın olmaq çətindir, yoxsa?...

Zərif cinsin nümayəndələrinin nə düşünüb, necə davranacağı hər zaman qarşı tərəfin maraq dairəsində olub. Qadınlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.

Dünyada ən çox qadın Ukraynanın Lvov şəhərindədir.

Aparılan araşdırmalar göstərir ki, zərif cinsin nümayəndələri ömürlərinin təxminən 120 saatını güzgünün qarşısında keçirirlər.

Dünyada qadınların orta ömrü kişilərlə müqayisədə 5-10 il daha çoxdur.

Ən yüksək IQ göstəricisi olan qadın (196) Merlin Maç Vos Svantdır.

Statistikaya görə qadınlar daha yaxşı sürücüdürlər. Kişilər qadınlar ilə müqayisədə yol qaydalarını daha tez-tez pozurlar.

Qadınlar kişilərə nisbətən daha çox göz qırpırlar.

Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

115 yaşlı ispaniyalı Santa Maria del Tura hazırda dünyanın ən yaşlı qadını hesab olunur. Morera 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub və 8 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçüb. “ Ginnesin Rekordlar Kitabı” na daxil olan qadın son 22 il ərzində Qocalar evində yaşayır.

Heç bilirdinizmi ki, qadınların dilində kişilərə nisbətən daha çox dad reseptorları var?

Qadınların immun sistemi kişilərlə müqayisədə daha güclüdür.

Hər 90 saniyədən bir dünyada bir qadın doğuş zamanı dünyasını dəyişir.

Dünyanın ən hündürboylu qadını türkiyəli Rumeysa Gelgindir. O, 2021-ci ildə “ Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rumeysanın boyu 215,16 sm-dir. Rumeysanın sözlərinə görə, hər bir qüsurun belə müsbət tərəflərini tapmaq mümkündür. İnsan özünü olduğu kimi qəbul etməli və həyatda ən yaxşı bacardığı iş ilə məşğul olmalıdır.

Əlavə edək ki, Rumeysa nəinki 2021-ci ildə, hətta 2014-cü ildə 18 yaşı olarkən “ dünyanın ən uzunboylu yeniyetmə qızı kimi “ Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

Cioti Amqe isə “dünyanın ən balaca qadını” kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Planetin ən bəstəboylu qadını Yoti Hindistanda yaşayır. Onun boyu 62.8 sm, çəkisi isə təxminən 5.2 kq-dır. Çox maraqlıdır ki, 29 yaşlı qızın kompleksi yoxdur.

Dünyaya göz açan ən böyük qız uşağının çəkisi 10,2 kiloqram, boyu isə 76 santimetr olub. 1955 - ci ildə İtaliyada doğulan bu qızın adı Karmelina Fedele olub.

Doğulan körpələr içərisində ən az çəkiyə sahib olan uşaq isə 2004 - cü ildə ABŞ - ın İllinoys ştatında dünyaya gələn qız uşağı olub. Loyolı Universitetinin Tibb mərkəzində doğulan körpənin çəkisi 260 qram olub. Onun əkiz tayının isə 600 qram çəkisi olub. Hazırda onların hər ikisi də həyatdadır və hər şey qaydasındadır.

Qadınların dərisi kişilərdən daha həssasdır. Məhz buna görə də onların dərisi daha erkən yaşda qırışır.

Bir qadın ildə orta hesabla 46 dəfə göz yaşı axıdır.

Ən çox ərə gedən qadının adı Tereza Vauxdur. O, son illər ərzində 60-dan çox kişi ilə nikaha daxil olub.

Floridadan olan 60 yaşlı Aşa Mndela 2009-cu ildə dünyanın ən uzun saçının sahibi kimi məşhurlaşıb. “Ginnesin Rekordlar Kitabı”na daxil olan qadın bu yaxınlarda yenidən diqqəti öz üzərinə çəkməyi bacarıb. Rekordunu yeniləyən Aşanın sözlərinə görə, indi onun saçının uzunluğu 33 metrdir.

Qadınlar kişilərdən daha yaxşı eşidirlər. Qadınların beyninin eşitmə hissəsində kişilərə nisbətən daha çox neyron var.

Qadınların gözləri kişilərin gözləri ilə müqayisədə daha çox rəngi ayıra bilir.

Tibbdə “anterior singulat korteks” beyində qərar vermə mexanizmini idarə edən bölgədir. Bu “korteks” qadınlarda kişilərdəkindən daha böyükdür.

Dünyanın ən uzunayaqlı qadını çexiyalı model Adrian Sklenarikovadır. Onun ayaqlarının uzunluğu 124 santimetrdir.

Həm karyeraları, həm də gündəlik ev işlərini nəzərə aldıqda qadınlar kişilərə nisbətən gündə təxminən 30 dəqiqə daha çox işləyirlər. Bu da öz növbəsində ildə 39 günə bərabərdir.

Hindistan və Nepalda ərləri ölmüş qadınlar sədaqət və sevgi əlaməti olaraq həyat yoldaşlarının dəfn mərasimində özlərini yandırırdılar. Sati adlanan bu ritual hər bir qadının öz istəyi ilə keçirilir. Qadınlar çox əziyyət çəkməsinlər deyə, bəzən qadınları yuxuya verib oda atırdılar.

Dünya qadınlarının 3/1-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb. Bu baxımdan Banqladeşdə qadınlara edilən zorakılıq pik həddədir. Belə ki, burada qadın onunla ailə qurmaq istəyən kişiyə “yox” cavabı verə bilməz. 

Psixoloqlar sevgi romanlarını çox oxuyan qadınların intim həyatında daha aktiv olduğunu söyləyirlər.

Qadınların iybilmə qabiliyyəti kişilərə nisbətən daha çox inkişaf etmişdir.

Qadınların bədənində daha çox sinir reseptoru olduğu üçün ağrıları kişilərə nisbətən daha çox hiss edirlər.

Culiya Qnusen dünyada ən çox döyməsi olan qadındır. O, 30 yaşı olanda porfiriya xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı günəş şüası altında dəridə suluqlar əmələ gəlir və sonradan bədənində çoxsaylı çapıqlar əmələ gəlir. Culiyada komplekslərindən azad olmaq və çapıqları gizlətmək üçün tatudan istifadə edib. Hazırda onun dərisinin 95 faizi döymə ilə örtülüdür. O, hətta buna görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Samirə Tağıyeva, “İki sahil”