20 fevral 2023 16:00
1042

Zəlzələdə ölənlərin məzarları ürək ağrıdır - Yarım qalmış hekayələr/FOTO

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdə həyatını itirənlərin yarımçıq qalmış hekayələri yaxınları tərəfindən məzar daşlarınlarda qeyd olunub. Qəbirlərin üzərində olan zəlzələdə dünyasını dəyişənlərə məxsus əşyalar isə ürək ağrıdır.

Kahramanmaraşın Pazarcık və Elbistan mərkəzində baş verən zəlzələlərdə Qaziantepin İslahiye rayonunda həyatını itirənlərdən təxminən 300-ü İslahiye qəbiristanlığında dəfn edilib.

6-7 nəfər eyni soyadlı şəxsin yan-yana yatdığı məzarlar dağıntılar altında yox olan ailələrin sübutudur. Məzarlıq ətrafındakı əşyalar isə insanı kədərləndirməyə bilməz. Qəbirlərin bir qismi yorğanla örtüldüyü halda, bir qism məzar daşlarının üzərinə dağıntılar altından çıxarılan şərf və köynək kimi şəxsi əşyalar qoyuluyb.

Zəlzələdə dünyasını dəyişən gəlinlik yaşında olan qızların məzar daşlarına ağ örtük bağlanılıb, məktəbləri yarımçıq qalan şagirdlərin məzarları üzərinə qələm qoyulub.

Zəlzələdən sağ çıxan bir uşağın isə Əmir adlı dostunun məzar daşına qoyduğu başsağlığı məktubu ziyarətə gələnləri təsirləndirib.

Qəbirlərin bəzilərində əkilmiş zeytun tingləri də buranı ziyarətedənlərin diqqətini çəkib.

Qeyd edək ki, Türkiyədə zəlzələdən zərər çəkmiş 10 vilayətin ümumi əhalisi 13 milyon 421 min nəfərdir. TÜİK-in məlumatına görə, zəlzələdən zərər çəkən rayonların son əhali sayları belədir: Qaziantep 2 milyon 154 min 51, Hatay 1 milyon 686 min 43, Adana 2 milyon 274 min 106, Osmaniye 559 min 405, Diyarbəkir 1 milyon 804 min 880 min, Kahramanmaraş 1 milyon 177 min 436, Malatya 812 min 580, Adıyaman 635 min 169, Kilis 147 min 919, Şanlıurfa 2 milyon 170 min 110 nəfərdir.

 Vüsal Cahanov, “İki sahil”