Dostları ilə ova gedən və qeyri-adi şəkildə yoxa çıxan şəxs bir ay sonra tapılıb. 1 ayda həddindən artıq arıqlayan şəxsin həyatda necə qalması təəccüb doğurub.
Boliviyanın Baures yaxınlığında yaşayan Akosta adlı şəxsin son 1 aydakı həyatı dünya gündəmi olub. Yanvarın 25-də dostları ilə dağlıq bölgəyə ova gedən Akostanın onlar ilə əlaqəsi qəfil kəsilib. Nə edəcəyini bilməyən Akosta gəldiyi yolu tapmaq üçün dağın yanındakı meşəyə yollanıb. Burada yolunu itirən Akosta birdən özünü vəhşi təbiətdə tapıb.
Heç bir iz tapılmayıb
Geri qayıdan dostları Akostanın itməsini səlahiyyətlilərə bildiriblər. Hadisə yerinə gələn və xilasetmə əməliyyatına başlayan Boliviya axtarış-xilasetmə qrupları Akostadan heç bir iz tapa bilməyib. 1 ay davam edən axtarışlar Akostanın vəhşi heyvan tərəfindən öldürüldüyünü ortaya çıxarıb.
Akostanın yaxınları isə onun meşəni yaxşı tanıdığını və vəhşi təbiətdə sağ qala biləcəyini deyiblər.
Bir ay sonra davam edən axtarış-xilasetmə işləri zamanı bir xilasedici meşədən səs eşidib. “Məni xilas et” deyə qışqıran adama yaxınlaşan qrup üzvü qarşısında Akostanı görüb. Bir ay ərzində meşədə yalnız soxulcan və tapdığı meyvələri yeyən Akostanın çox arıqladığı və dərhal xəstəxanaya aparıldığı bildirilib.
Xəstəxanada sağaldıqdan sonra yerli mətbuata danışan Akosta daha çox böcək yediyini və dərələrdən su içdiyini bildirib. Bir dəfə nəhəng yaquarla qarşılaşdığını deyən Akosta bunu 31 günlük hekayəsinin ən qorxulu anı olduğunu sözlərinə əlavə edib.
Akosta tapıldıqdan sonra onun kiçik qardaşı yerli mətbuata bunun bir möcüzə olduğunu deyib və buları əlavə edib: “Həqiqət budur ki, özümü xoşbəxt və rahat hiss etdim. Allahın ailəmizə verdiyi bu həyati şansı dəyərləndirməliyik.”
Vüsal Cahanov, “İki sahil”