19 mart 2023 18:34
315

Sülhməramlıların avtomobilləri aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

“İki sahil” xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarının benzin daşıyan iki avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların üç təminat və iki minik avtomobili Xankəndiyə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.