Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, MN vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir