30 mart 2023 18:28
305

Ərdoğan, Kılıçdaroğlu və İncənin namizədliyinə etiraz edilib

"Cumhur İttifaqı”nın namizədi, hazırki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu və “Memleket” partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliklərinə Mərkəzi Seçki Komissiyasında (Yüksek Seçim Kurulu) etiraz edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə YSK sədri Ahmet Yener bildirib.

O, başçılıq etdiyi qurumda səs birliyi ilə bu etirazın əsassız olduğunun müəyyən edilərək rədd edildiyini qeyd edib.

Xatırladaq ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 may 2023-cü ildə keçiriləcək.