30 mart 2023 18:34
255

Laçın-Xankəndi yolundan RSK-nın 43 maşından ibarət karvanı keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, bir qədər əvvəl yoldan RSK-ya məxsus daha bir maşın karvanı maneəsiz keçid edib. Laçın istiqamətindən gələn karvan 43 maşından ibarət olub. Yanacaq və yük maşınlarından ibarət karvanı Xankəndiyə gedib.