11 aprel 2023 02:36
513

Oruc bədəni gəncləşdirir

Ramazanda fasilələrlə qidalanma, qidalanmanın mümkün olduğu saatlarda kifayət qədər maye qəbulu hüceyrələrin bərpasına səbəb olduğu üçün orqanizmə gənclik və sağlamlıq gətirir.

Türkiyə Milli Allergiya və Kliniki İmmunologiya Dərnəyinin (AID) İmmunologiya İşçi Qrupunun rəhbəri, professor Şebnem Kılıç Gültekin, "aralıq oruc" pəhrizini araşdırdıqdan sonra orucun sağlamlığa faydalı təsirlərinin kifayət qədər aydınlaşdığını bildirib.

Yeməklərə 14-16 saat ara verildikdə antioksidant müdafiə mexanizmlərinin işə düşdüyünü izah edən K.Gültəkin hüceyrələrdə DNT “təmirinin” başladığını və yeni daha sağlam hüceyrələr əldə etmək üçün bədənin zədələnmiş hüceyrələri təmizləmək üsulu olan otofagiyanın baş verdiyini bildirib. Bu, uzun müddət oruc tutduqdan sonra baş verir.

O, qidaya verilən bu fasilənin salxımlanmış zülalların məhv edilməsində, zədələnmiş orqanoidlərin təmizlənməsində və hüceyrədaxili patogenlərin aradan qaldırılmasında mühüm rol oynadığını ifadə edib.

Uzun müddət ac qalmaq beyin funksiyalarının yaxşılaşmasına, öyrənmə və yaddaş qabiliyyətinin artmasına səbəb olur. Uzun müddət aclıqdan sonra yağ hüceyrələrinin parçalanması nəticəsində yaranan keton cisimləri beynimizin və bədənimizin qocalmasını gecikdirir və maddələr mübadiləsinin aktiv fəaliyyətində mühüm rol oynayır.

Gültəkin uzun müddət ac qalmanın Alzheimer və Parkinson xəstələrinin şikayətlərində də qismən yaxşılaşmaya səbəb olduğunu ifadə etdi.

"Bu vəziyyət piylənmə, revmatoloji xəstəliklər və xərçəng riskini də azaldır. Kimyaterapiya alan xəstələrdə bu cür qidalanmanın müalicəyə daha yaxşı təsir etdiyi göstərilib”, -deyə mütəxəssis vurğulayıb. Ən əsası immun sistemimiz bundan yararlanır və bədənimizin illik baxımını həyata keçirir.

Nubar Süleymanova, “İki sahil”