13 aprel 2023 00:25
625

Tarixin ən qorxulu ili

Meteoroloqlar bəşəriyyət tarixinin ən qorxulu ilini müəyyənləşdiriblər. 

“İki sahil” xəbər verir ki, onların fikrincə bizim eranın 536-cı ili ən təhlükəli və qorxulu ildir. 

Məhz həmin ildə Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsi üçün günəş görünməz olub. Temperatur isə 1,5-2,5 dərəcə dəyişib. 

Nəticədə sonrakı illərdə aclıq, vəba baş alıb gedib. Günəşin qarşısının tutulmasına səbəb isə ar-arda İslandiyada püskürən vulkanlar olub. Həmin o vulkanlardan atmosferə atılan kül günəşin qarşını alıb.