14 aprel 2023 15:04
513

Rihanna 21 milyona yeni mülk aldı - FOTO

Məşhur müğənni Rihanna Los-Ancelesin mərkəzində penthaus (binanın, hotelin və ya qüllənin ən yüksək mərtəbəsində yerləşən mənzil) alıb.

“İki sahil” xəbər verir ki, penthaus Los-Ancelesdə, göydələnin 40-cı mərtəbəsində yerləşir və əvvəllər aktyor Metyu Perriyə məxsus olub.

Rihanna dörd yataq, altı vanna otağı, kinoteatr, oyun zonası, spa mərkəzi olan penthausu 21 milyon dollara satın alıb.  

Qeyd edək ki, Rihanna reper Eysap Roki (Rakim Mayers) ilə nişanlıdır. Cütlüyün bir oğlu var. Müğənni hazırda ikinci övladına hamilədir.