15 aprel 2023 00:11
613

İsveç evləri niyə qırmızıdır?

İsveç Şimali Avropada Skandinaviya olaraq tanınan coğrafi bölgədə yerləşir. İsveçin şimal qütbünə “gecə yarısı günəşi ölkəsi” deyilir, çünki yay aylarında günəş heç vaxt batmır, hətta cənubda yerləşən paytaxt Stokholm da belə yay gecələri cəmi dörd saat davam edir. Ancaq qış may ayına qədər davam edir və gecələr uzun, gündüzlər isə qısa olur. İsveç 10 milyondan az əhalisi olan Avropanın ən az məskunlaşan ölkələrindən biridir. İnsanların çoxu əvvəllər kənd yerlərində yaşayırdı, lakin 1900-cü illərdə ölkə sənayeləşdikcə çoxları Malmö, Göteborq və Stokholm şəhərlərinə köçdü.

Turistlərin dəfələrlə səyahət etdiyi İsveç gözəl qırmızı bağ evləri, bitib-tükənməyən suları, yaşıl mənzərələri ilə unudulmaz təəssürat yaradır. İsveçdə bir çox ev XVII əsrdən qalma ənənəyə görə bu gün də qırmızı rəngə boyanır. Bu ənənə XV əsrdə mərkəzi İsveçdə mis və gümüşün sənaye istehsalından yaranmışdır ki, bu da qırmızı boyanın qiymətini aşağı salmışdır. İsveçin Dalarna əyalətindəki Falun şəhəri mis mədənləri ilə məşhurdur. Bu mədən əvvəllər Avropanın ən böyük mis mədəni idi və indi isə dünya irsi hesab edilir. Qırmızı piqment bu mədənin əlavə məhsulu idi və qırmızı rəngin tarixi təxminən eramızın 850-ci illərinə gedib çıxır. Məhz o zamanlar indiki Falun şəhərindəki Stora Kopparbergetdə (Böyük Mis Dağı) mədən işlərinə başladılar. İndi İsveç mənzərəsinin ayrılmaz hissəsi olan taxta bağ evləri üçün davamlı boya işini görür.

İsveç XVIII əsrdə indiki kimi o qədər də zəngin deyildi. Bu, cəmiyyətin bütün təbəqələrindən olan insanlar tərəfindən əlçatan olan evləri rəngləmək üçün ucuz və davamlı bir yol idi. Qırmızı rəng də XVI əsrdə qırmızı kərpicdən tikilmiş binalara bənzədiyi üçün cəlbedici idi.

“Falü roda” kimi tanınan qırmızı rəng taxtanın nəfəs almasına və nəmin sürətlə çölə atlmasına şərait yaradır. Bu təbii rəngin mineralları taxtanı qoruyur və daha uzun müddət dayanmağına imkan yaradır. Günəş işığından çox təsirlənmir və təkrar-təkrar boyanmağına ehtiyac qalmır, çünki qırmızı rəngin piqmenti böyük miqdarda UV şüalarını udur.

O vaxtdan bəri, ölkədə “qırmızı ev” İsveçin dəyişməz bir hissəsi oldu-açıqcalarda, hekayə kitablarında və daşınmaz əmlak agenti siyahılarında əbədi motivə çevrildi, hətta uşaqlardan evi rəngləmək xahiş edildikdə, həmişə qırmızı rəngə boyayırlar. Bəzi İsveçlilərin özünəməxsus qırmızı bağ evləri var və olmayanlar üçün yalnız yay mövsümü üçün kirayə vermək adi haldır.  Qeyd etmək olar ki, varlılar evlərini daha bahalı olan ağ və ya sarı rəngə boyamağa üstünlük verirdilər. “Falü röd”ün tünd qırmızı rəngi hələ də İsveç və Finlandiyada geniş istifadə olunur.

Nəzrin Məmmədzadə,
Azərbaycan Universiteti