18 aprel 2023 00:46
646

Avokado nə üçün xeyirlidir?

İlk görünüşdən cəlbedici görünməyən bu meyvə , sən demə orqanizm üçün çox faydalıdır. Bəs görəsən avokadako nə üçün xeyirlidir?

Zehni gücləndirir

Beyni qüvvətləndirmək və zehni gücləndirmək üçün ən yaxşısı avokado yeməkdir. Avokado omeqa-3, yağ turşuları, təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır.

Xolesterinin səviyyəsini azaldır

Mütəmadi olaraq bir dilim avokado yemək orqanizmini gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infakt riskinin azalması deməkdir.

Vitaminlərin mənimsənməsinə yardımçı olur

Bir çox vitamin, o cümlədən A, K, D və E vitaminləri yağda həll olunan vitaminlərdir. Yemək yedikdən sonra vitaminlərin çoxu orqanizmdən atılır. Ancaq yeməklərin yanında bir dilim avokado yedikdə, onun tərkibindəki yağlar sayəsində vitaminlər daha tez həll olunur. Beləliklə, vitaminlər orqanizmin daxilində qalaraq daha sağlam olmağınızı təmin edir.

Bağırsaq iltihabını yox edir

Hər kəs bağırsaq iltihabından əziyyət çəkə bilər. Bu, bəzən gizli şəkildə inkişaf edir və təhlükəli xəstəliklərə gətirib çıxarır. Avokadonun tərkibindəki yağ turşuları, C və E vitaminləri kimi əhəmiyyətli antioksidantlar bağırsaq iltihabının qarşısını alır.

Görmə qabiliyyətini artırır

Avokadonun tərkibində görmə qabiliyyətini artıran karotenoidlər , lutein və zeaksantin var. Avokado,həmçinin gözləri kompüterin zərərli işıq dalğalarından qorumağa kömək edir və göz xəstəlikləri riskini azaldır.

Maddələr mübadiləsini yaxşılaşdırır

Avokado orqanizmdə maddələr mübadiləsini artıran qidalar sırasına daxildir. Tərkibində olan liflər avokadonun ümumi çəkisinin təxminən 7% -ni təşkil edir. Bir avokado lazım olan gündəlik lif qəbulunun təxminən 27% -ni ehtiva edir. Demək olar ki ,o lifli qidaların bütün xüsusiyyətlərini daşıyır: arıqlamağa kömək edir, maddələr mübadiləsini sürətləndirir.

Kaliumla zəngindir

Bir çox insan kalium çatışmazlığından əziyyət çəkir. Belə xəstələrə banan yemək tövsiyə olunur. Ancaq avokadonun tərkibindəki kalium banandan daha çoxdur. Bir ədəd avokado gündəlik kalium ehtiyacının 14 faizi deməkdir.

Qeyd edək ki, kalium infarkt və böyrək çatışmazlığı riskinin qarşısını alır.

Hamilə qadınlara tövsiyə olunur

Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda həm hamilə qadın, həm də döl üçün zəruri olan fol turşusunun 25 faizi var.

Hüceyrələri yeniləyir

İnsan bədənində hüceyrələr daim yenilənir. Avokado hüceyrələrin yenilənməsi prosesini sürətləndirir. Tərkibindəki 20 fərqli vitamin və mineral sayəsində daha sağlam hüceyrələrin yaranmasını təmin edir.

Artrit əlamətlərini aradan qaldırır

Avokadonun tərkibində bədənin artritə səbəb ola biləcək iltihabı azaltmasına kömək edən antiinflamatuar maddələr olan polihidroksillənmiş yağ spirtləri (PFA) var. Avokadonun tərkibində iltihabla mübarizə apara bilən C vitamini və E vitamini kimi əhəmiyyətli antioksidanlar da mövcuddur.

Samirə Tağıyeva, “İki sahil”