18 aprel 2023 23:47
832

10 yaşlı uşaq “Ginnesin Rekordlar Kitabı”na düşdü

Çindən olan 10 yaşlı uşaq Tanq Yinfan top çiləmək üzrə yeni rekord müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, məktəbli topu növbə ilə sağ və sol ayaqlarına keçirməklə bir saat ərzində 8 147 dəfə çiləməyə nail olub. Bununla o, "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Yinfan bir il əvvəl 50 dəqiqə ərzində topu 7 056 dəfə çiləməyi bacarmışdı.