20 aprel 2023 03:21
805

Gözəllik həqiqətənmi ondur?..

Beynəlxalq Gözəllik Günü 9 sentyabrda qeyd olunur.

Gözəllik subyektiv bir anlayışdır. Hər dövrün gözəl görünüşlə bağlı öz fikirləri var. Məsələn, Qədim Yunanıstanda qaralmış dəri cəlbedici hesab olunurdu. Maya qəbiləsində göz qırpmaq, mübahisəsiz bir gözəllik əlaməti sayılırdı. Padaung qəbiləsinin qadınları isə  gözəlliyi üçün boyunlarını pirinç üzüklərlə uzadırdılar.

Orta əsrlərdə  dar iti burunlu  və kiçik sinələri olan bir qadınlar gözəllik etalonu hesab olunurdular.

Orta Asiyada isə bitişik qaşlı qadınlar gözəllik etalonu sayılırmış.
Burada ortadan birləşən qaşlar gözəllik simvolu hesab edilirdi.  Bu ölkələrdə  kiçik yaşlardan qızların qaşlarının arasına tük gəlməsi üçün müxtəlif bitki yağları sürtülürdü. Çox maraqlıdır ki,  bu gözəllik standartı hazırda Tacikistanın bəzi kənd yerlərində qalmaqdadır. 

Şərqdə isə  20-ci əsrin ortalarına qədər qara dişlər qadın gözəlliyinin parlaq əlaməti sayılırdı.

 Dünyanın ilk gözəllik müsabiqəsi 19 sentyabr 1888-ci ildə Belçikanın Spa adlı kurort şəhərində keçirilib. Bağlı qapılar arxasında keçirilən yarışın münsiflər heyəti yalnız kişilərdən ibarət olub. 21 nəfər arasından Qvadalupedən olan 18 yaşlı Berta Sukare qalib seçilib və  5000 frank məbləğində mükafat alıb.

Ən qeyri-adi gözəllik müsabiqəsi BƏƏ-də keçirildi.  Bu yarışmada “dünyanın ən gözəl dəvəsi”  seçildi.

2017-ci ildə İspaniyanın Kataloniya bölgəsində “Dünya Trans Gözəllik Yarışması” baş tutub. Müsabiqədə braziliyalı makiyajçı Rafaela Manfrini qalib olub.

Yarışmaya İsraildən qatılan Abu Hamza adlı iştirakçı isə təşkilatçıları transların həyat hekayələrinə yer verməməkdə günahlandırıb.

Qadınların yalnız 10% -i qum saatı fiquruna sahibdir.

2011-ci ildə ABŞ-da qeyri-adi gözəllik yarışması keçirilib. Budəfəki müsabiqənin özəlliyi isə hər zaman adət etdiyiniz gənc və gözəl xanımlar deyil, nənələrin mübarizə aparması olub. Müsabiqə ABŞ-ın Alabama ştatının qocalar evində keçirilib. Bütün ştatdan gözəllik tacı uğrunda 75 yaşlı qadınlar  yarışıb. Hər bir gözəl nənə yaşadığı qocalar evinin şərəfini müdafiə edib.

Yarışmanın qalibi  isə Andalusiyadan olan 100 yaşlı Felma Şrimşayer seçilib. Felma Şrimşayerin ABŞ-ın bütün ştatları, Kanadanın vilayətləri və Avropanın böyük hissəsinə səyahətləri ilə bağlı xatirələri hamını heyran qoyub. 100 yaşlı gözəl həmçinin İkinci Dünya müharibəsi zamanı ordudakı xidməti, eləcə də həyatındakı başqa heyaredici hadisələr haqda danışıb.

Felma Şrimşayer müsabiqənin şərtlərinə görə, gözəllik tacı, gül dəstəsi və diplomla mükafatlandırılıb.

1956-cı ildə  Çikaqoda keçirilən “Miss Mükəmməl Duruş” gözəllik müsabiqəsinin 3  qalibi var idi. Müsabiqənin təşkilatçılarının irəli sürdüyü tələblərə görə  qadın təkcə zahiri deyil, həm də daxilən gözəl olmalıdır. Bunun üçün hər bir iştirakçı rentgen şəklini  təqdim etməli idi ki, bu da onun duruşunun həqiqətən nə qədər  mükəmməl olduğunun təsdiqi olmalı idi.

 Heç bilirdinizmi ki,  məşhur “Max Factor” firmasının yaradıcısı  Maksilimilian Faktoroviç  adında rus imiş? Maksimilian  16 yaşından  Rusiyanın “Bolşoy Teatr”ında qrim ustasının köməkçisi, daha sonra 10 il II Nikolayın sarayında kosmetik məhsullar üzrə ekspert işləyib. ABŞ-a immiqrasiyadan sonra Maks Faktor öz kosmetika markasını yaradaraq dünyada məşhurlaşır.  Bütün gözəllik dünyasında tanınan  “makeup”, suyadavamlı qrim və “platin” blondu terminləri  də məhz ona məxsusdur.

Sən demə, qadınlar  tez-tez   gülümsəyən kişiləri daha az cəlbedici hesab edirlər.

 XIV Lüdovik dövründə məhkəmə qadınları üzlərini yalançı milçəklərlə bəzəyərək su çiçəyi izlərini gizlədiblər.

 Çox maraqlıdır ki,  Çində qalın bığ və saqqal kişi gözəlliyinin bir  işarəsidir.

 Gözəllik  ekspertlərinin gəldiyi qənaətə görə, tamaşaçılar gözəl bir insanı daha tez başa düşə bilirlər, çünki dinləyicilər danışanın üzünə daha  diqqətlə baxırlar.

Hazırda Yaponiyada qadınları anime qəhrəmanlarına bənzətmək üçün rəngli linzalar dəbdədir.

 Demək olar ki, son illər ərzində dünyada ən çox edilən plastik əməliyyat liposaksiyadır.

 Kişilər arasında isə ən məşhur olan plastik əməliyyat rinoplastikadır.

Müsəlman bir qadının gözəlliyini göstərmək günahdır. Bir çox müsəlman ölkələrində qadınlara bir çox qadağalar qoyulub. Bu ölkələrdə həyat yoldaşı üçün gözəl görünmək istəyən qadın   gözlərinə sürmə çəkə bilər.  Müsəlman dünyasında qadın görünüşündə yalnız ərinin icazəsi ilə dəyişiklik edə bilər.

Hindistanda iti burnu, böyük sinəsi,  ağbəniz dərisi  və uzun saçları olan qadın  gözəl sayılır.

Türkiyədə  isə sarı saçlı və mavi gözlü gənc xanımlar  gözəl hesab olunur.

 Konqoda həqiqi bir gözəlliyin ağzında bir diş belə olmamalıdır.

 Fulani qəbiləsində qadınlar gözəl görsənmək üçün  alınlarını və qaşlarını qırxırlar.

 Qədim Çindəki uzun dırnaqlar müdrikliyi simvollaşdırırdı.

İdeal qadının parametrləri 90-60-90-dır. İdeal kişi  bədənin parametrləri  isə 98-78-56.

 Gözəlliyini qorumaq üçün Kleopatra mütəmadi olaraq eşşək südü ilə vanna qəbul etdi.

Afrika qəbilələrindən birində qorxunc bir ritual keçirilir. Burada mərasimin bir hissəsi olaraq qəbilənin ən gözəl  qızlarından biri  aslanlara yem olur.

Çin imperatriatorları gənc və gümrah qalmaq üçün  hər gün üzlərini yuduqdan sonra onu  bir ipək parçası ilə silirdilər.

 Slavyanlar isə yanaqlarının daha cəlbedici  görünməsi üçün  moruq və ya çuğundur suyundan istifadə edirdilər.

 "Selülit" termini ilk dəfə 1920-ci ildə ortaya çıxsa da, insanlar arasında  yalnız  1978-ci ildən  daha çox məşhurlaşdı.

Səkkiz saatlıq yuxu rejimi  gözəllik amillərindən biridir.

Psixoloqlar gözəl insanların özlərinə daha inamlı olduqları fikirdədirlər.

Samirə Tağıyeva, “İki sahil”