20 aprel 2023 00:47
493

Ən məşhur smartfonlar hansılardır?

2023-cü ilin birinci rübü üçün ən populyar smartfon markalarının adları açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Canalys”in rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, bu ilin ən populyar smartfon markası “Samsunq” şirkəti olub - onun payı 22% təşkil edib. “Əpl” şirkəti 21% ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yer isə 11% ilə “Xiaomi” şirkətinə aiddir.