21 aprel 2023 02:36
546

Növbəti 10 ildə yeni pandemiya olacaq?

Təhlükəli virusların yeni ştammlarının sürətlə yaranması və yayılması səhiyyə işçilərini narahat edir. Onlardan bəziləri hesab edirlər ki, yaxın on il ərzində dünya yoluxucu xəstəlik pandemiyası ilə üz-üzə gələ bilər. Mütəxəssislər hesablayıblar ki, bu hadisənin baş vermə ehtimalı 27,5 faizdir, ona görə də hazırlıqlara başlamaq lazımdır.

“Bloomberg” saytı yazıb ki, yeni pandemiya son COVID-19 pandemiyası qədər təhlükəli ola bilər.

Bir neçə onillik ərzində koronavirusun üç əsas növü-Yaxın Şərq Tənəffüs Sindromu, COVID-19 və H5N1 quş qripi bütün dünyada geniş yayılmışdır.

“Quş qripi”nin heyvanlardan insanlara və əksinə yoluxması xüsusi narahatlıq doğurur ki, bu da bir neçə mutasiyadan sonra xəstəliyin sürətlə artmasına səbəb ola bilər.

“RİA Novosti” yazır ki, infeksiyanın yayılmasına iqlim dəyişikliyi, beynəlxalq səyahətlərin və əhalinin sayının artması kömək edir. Nəzərə almaq lazımdır ki, məqalədə deyilir ki, Yaxın Şərq tənəffüs sindromu və Zika virusu kimi bir çox yüksək riskli patogenlərə qarşı peyvənd və ya müalicə vasitələri yoxdur.

Nubar Süleymanova, “İki sahil”