25 aprel 2023 09:48
490

Qızılın qiyməti yenidən 2 000 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,16% artaraq, 2 003 ABŞ dollarına bərabər olub.

"İki sahil" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0,49% azalaraq, 25,4 dollar təşkil edib.