26 aprel 2023 23:47
806

Ah, bu qadağalar, qadağalar...

Xaricə tətilə gedərkən yalnız istirahət haqqında deyil, həm də təhlükəsizlik tədbirləri haqqında düşünməlisiniz. Çünki bəzi  ölkələrdə qoyulan  qadağalar sizi təəccübləndirə bilər. Bu yazıda məhz bu qadağalardan  bəhs edilir.

Kubalılar nələri yalnız xəyal edirdilər?

Qəribə səslənsə də  son vaxtlara qədər Kubada mobil telefondan istifadə qadağan edilmişdi. Bütün dünya mobil rabitə və internetdən fəal şəkildə istifadə etdiyi bir vaxtda kubalılar belə bir şeyi ancaq xəyal edə bilərdilər.  Burada mobil telefonlardan  ancaq xarici şirkətlərin məmurları və işçiləri istifadə edə bilərdi. Bəli, yeri gəlmişkən, bu qadağa turistlərə də şamil edilməyib. Kubada yerləşən Liberti adasında mobil telefonlardan başqa kompüterlər, videopleyerlər, televizorlar, mikrodalğalı sobalar və bir sıra digər elektrik cihazları qadağan edilib.

Oğrunu bıçaqla vurdun, ya da yastıqla...

Almaniyada evə girən oğruya yastıqla vurmaq və ya bıçaq zərbəsi endirmək arasında heç bir fərq yoxdur. Yastıqla vurdunsa, yenə cinayət törətmiş olursan. 

Almaniyada  nasist rejimi haqqında danışmaq olmaz.  Almanlar Hitler və Nasizm mövzusunda çox həssasdırlar. Buna görə də, xüsusən də yad insanlarla bu məsələni şərh və müzakirə etməkdən çəkinin.

Yaşasın kral!

Tailandda  yerli valyutanın  ayaq üzərində kralın şəkli olduğuna görə onu tapdalamaq cinayətdir. Qadağa təkcə yerli sakinlərə deyil, turistlərə də şamil edilir. Bu ölkədə  kralın  şəxsiyyətinə qarşı hər hansı bir hörmətsizlik edən insan mütləq həbs olunur.

Video oyunlar oynamaq olmaz

Yunanıstanda uşaqların PC kompüter oyunları oynaması qadağan olunub.

Bu qanun 2002-ci ildə qəbul edilib . Həmin ildə hakimiyyət, həmçinin  qumar və oyun maşınlarını qadağan etmək istəsə də , nədənsə bu qərarlarından vaz geçib. Əvəzində  bütün kompüter və video oyunlarını qadağan etmək qərarına gəlib. Qadağan olunan kompüter oyunlarını sırasına həm də “Ping Pong”, “Tetris”, “” Civilizations, “Star Wars”, " Super Mario”, “Minesweeper” və hətta adi  kart  oyunları kimi ən sadə oyunlar da daxildir.

Çin ki, Çin!

1987-ci ildən qoyulmuş qadağaya görə, Çində 1-dən artıq uşaq sahibi olmaq istəyənlər çox vergi ödəməli olurlar. Əslində Çində qəribə qadağa növləri çoxdur. Heç bilirdinizmi ki, burada yerli hakimiyyət haqqında danışmaq olmaz? Bu ölkədə  yerli hakimiyyət orqanları haqqında deyilən hər hansı bir tənqid və ya açıqlama Çindən deportasiya olmağınıza səbəb ola bilər. Çin hakimiyyəti  Avropa hakimiyyət orqanlarından fərqli olaraq, zarafatla söylənilsə belə, hər hansı bir tənqidi qəbul etmir.

Həmçinin Çində heç kəsə çətir və ya saat hədiyyə etməyin. Onlarda sevilməyən hədiyyələrdən biri çətirdir. Çünki Çin dilində “çətir” sözü “ayrılıq” sözü ilə həmahəngdir. Digər heç sevilmiyən hədiyyə isə saatdır. Çin dilində “ saat vermək” ifadəsi “ cənazəyə getmək” ilə eyni səslənir,ona görə də bu şeyləri Çində hədiyyə etmək qadağandır.

Küçədə yemək yesən və meyvə şirəsi içsən cərimələnəcəksən

Səudiyyə Ərəbistanında ictimai yerlərdə burgerdən dadmaq və ya meyvə şirəsi içmək qərarına gələnlər cərimələnə bilər.  Hətta burada  hakimiyyət Ramazan ayında  turistlərin  oruc tutan insanların  qarşısında yemək yeməyi qadağan edən qanun qəbul edib. Bu ölkədə həm də  sevgililər gününü qeyd etmək və həmin gün qırmızı geyinmək qadağandır.

Qaranlıq yerlərdə qadın və kişinin olmasının təhlükəli olduğunu düşünən ölkə kinoteatrları da qadağan edib.

ABŞ-da Kinder oyuncaqlarının satışı niyə dayandırılıb?

ABŞ-da kinder oyuncağının satışına qadağa qoyulub. Uşaqlar tərəfindən sevilən “ sürpriz” yumurtanın içindən çıxan oyuncaqların, kiçik uşaqların boğulmasına səbəb olacağı üçün burada kinderlər qadağandır.

Emo geyimləri intihara aparır?

Son illər ərzində Rusiyada gənclər arasında intiharın sayı artdığına görə Emo geyimlərinin satışına qadağa qoyulub.

Dayanma, sür!

Almaniyada avtobanda sürərkən dayanmağa icazə verilmir. Burada yanacağınız bitsə belə, hərəkətə davam etməlisiniz. Bu ölkədə  yolda gəzmək də qadağandır. Bu qanunu pozanları 100 avro məbləğində cərimə gözləyir.

Hindistanda küçədə qucaqlaşmaq və ya öpüşmək fikrinə düşməyin

Hindistanlılar mühafizəkardırlar. Onlar kişi və qadın arasındakı sevgi münasibətlərinin ictimai təzahürlərini sevmirlər. Bu ölkədə siqaret çəkmək, xüsusilə qadınlar üçün bir tabudur. Burada çöldə siqaret çəkməməyə çalışın, əks təqdirdə əxlaqsızlıqda ittiham olunma riskiniz var. Eyni zamanda, çöldə nə qədər isti olmağına baxmayaraq açıq-saçıq geyimlər geyinmək olmaz.

Çimərlik duşundan başqa məqsədlər üçün istifadə etsəniz...

Mayorkada (İspaniya) çimərlik duşundan başqa məqsədlər üçün istifadə etmək qadağandır. Burada  çimərlik duşu yalnız istirahət edənlərin duş qəbul etməyi üçün nəzərdə tutulub. Onu başqa məqsədlər üçün istifadə etmək qəti qadağandır. Əgər bilmədən meyvəni və ya başmaqlarınızı burada yusanız, 750 avro cərimə ödəməli olacaqsınız.

Bu ölkədə burun qurdalamaq olmaz

İsraildə burun qurdalamaq qanunla qadağan olunub. Əsasən də şənbə günü bu qanunu pozanlar daha böyük günah etmiş olurlar.

Maral, ay maral!

Alyaska ştatında da maraqlı qadağalar var. Bu ştatda təyyarədən maralların şəklini çəkmək qadağan olunub.

Oğlan fevralın 29-da qızın evlənmək təklifini rədd etsə...

İrlandiyada 11-ci əsrdən bu günə qədər  qədim bir ənənə mövcuddur. Bu ölkədə fevralın 29-da bir qız seçdiyi birinə evlənmə təklif edə bilər. Həmin qız tərəfindən seçilən oğlan isə onun təklifini mütləq qəbul etməlidir.  Əks təqdirdə gənc oğlan cərimə ödəməyə məcbur olacaq.

Fransada və Danimarkada “Redbul” içkisi niyə  qadağan edilib?

Bir çoxları tərəfindən sevilən “Red Bull”içkisinin satışı  Fransa və Danimarkada qadağan olunub.  İçkinin içində olan kimyəvi maddələrin şiddətli migren, beyin şişləri və qaraciyər çatışmazlığı kimi təsirləri olduğu üçün onun satışına icazə verilmir.

Sinqapurda ofisiantlara əlavə pul ilə təşəkkür etməyin

Sinqapurda  ofisiantlara bəxşiş qoymaq qadağandır. Burada  bütün növ xidmətlər belə  işləyir. Kafe və ya restoranda yemək çox dadlı olsa belə, əlavə pul ilə təşəkkür etməyə çalışmayın. Taksi sürücüləri və hava limanının işçiləri üçün, ümumiyyətlə, rəsmi qaydada  bəxşiş vermək  qadağandır.  Bu ölkənin höküməti qoyulan  bu qaydanı  korrupsiyaya qarşı effektiv mübarizə kimi qiymətləndirir. Başqa bir səbəb isə odur ki, ölkədə yaşayış səviyyəsi çox yüksəkdir və kifayət qədər böyük əmək haqqı səbəbi ilə  ölkədə bəxşiş vermək  mədəniyyəti yoxdur.

Bu ölkədə uşağa hər adı qoymaq olmaz

Danimarkada yeni anadan olan uşaqlara verilə biləcək adlardan ibarət bir siyahı var. Ailə yalnız bu siyahıdan uşağına ad qoya bilər. Əgər qoymaq istədikləri ad siyahıda yoxdursa, hökumətdən və kilsədən icazə almalıdır.

İsveçrədə saat 10-dan sonra tualetə son!

İsveçrəyə səyahət etsəniz  çalışın axşamlar maye içməyin.  Qəribə səslənsə də, bu ölkədə axşam saat 10-dan sonra tualetdən istifadə etmək qadağandır. Əslində, istifadənin özü qadağan deyil, tualetdə suyu çəkmək qadağandır. Yeni burada artıq səs-küy yaratmaq olmaz. Gecə vaxtı tualetdə səs salsanız, qonşular sizdən şikayət edə bilər.

Bir tailandlının başına toxunsanız...

Tailandda qəribə qadağaları ilə seçilən ölkələr sırasına daxildir.  Burada qoyulan qadağaya görə , uşaq olsa belə, bir tailandlının başına toxunmaq qəti qadağandır. Təsadüfən toxunsanız belə mütləq üzr istəməlisiniz. Tailandlıların düşüncələrinə görə baş bədənin ən vacib hissəsi hesab olunur və ona toxunmaq olmaz.

Şimali Koreyada daha bir hoqqabazlıq

Şimali Koreyada  mavi rəngli cinslər qadağan olunub.  Bu tip cinslər əsasən  mavi rəngin Amerikanı təmsil etdiyi düşüncəsi ilə qadağan edilmişdir. 

Samirə Tağıyeva, “İki sahil”