27 aprel 2023 22:58
693

Mesaj yazmaq insan sağlamlığına ziyandır

Telefonla tez-tez mesaj yazmaq insan sağlamlığında bir sıra problemlər yaradır. Mütəxəssislər bildirirlər ki, mesaj yazarkən təkrarlanan hərəkətlər  biləklərdə,  qollarda  əlilliyə yol açır.  Həmçinin  MP3 çalarları, müxtəlif kompüter və mobil telefonlarda  olan oyunlara aludə olmağın  bu sahədə ziyanları daha çoxdur.

İnsan beyin həcminin müxtəlifliyi

Alimlərin araşdırması  nəticəsində məlum olub ki,  insan beyinin həcmi səhərlər daha böyük olur.  Gün ərzində kiçilməyə doğru gedir. Buna səbəb də süngərə bənzəyən  bu orqanın üfüqi   vəziyyətdə  maye dövranın  daha yaxşı olması  sayəsində  gecə boyunca  kifayət qədər “nəmli” qalması ilə bağlıdır.

Uşağın ürəyini müdafiə edən “dərman”

Anasının sinəsinə  baş qoyan körpələr  daha çox və rahat yatırlar.  Bu zaman onların  ürəyi  stressə üç dəfə  az məruz qalır, gələcəkdə isə  onlar şəxsiyyət arası  ünsiyyətləri  daha asan qura bilirlər. Həm də bu üsul  beynin normal inkişafına gözəl  təsir göstərir.  Körpə üçün həyatın ilk həftələrində ideal vəziyyət  ananın qucağında  yatmaqdır. Sonra uşaq 3-4 yaşınadək ana ilə bir çarpayıda yatmağını davam etməlidir.

Xərçəngdən uzaq insanlar

Allergiyası olan insanlar  xərçəng xəstəliyinə  tutulmur.  Bunun səbəbi allergiyanın  orqanizmə  yad çisimin daxil olmasına imkan yartmamasıdır.  Hətta mikro ölçülü toz zərrəciyini belə bədənə buraxmayan allergiya  əslində  orqanizmi viruslardan qoruyur. Həssas   orqanizm bədəndən dərhal hər hansı virusu kənarlaşdırır.  Məhz buna görə də  alimlər allergiyanı bir neçə aspektdən araşdıraraq  onun insan sağlamlığı üçün  olduqca faydalı olduğunu  düşünürlər.

Tərlənən əllər

Bəzın azca həyəcanlanan kimi  əllər tərlənir. Buna  əsas səbəb   emosional və hormonal  balansın pozulmasıdır. Əllərin  tərlənməsinin qarşısını almaq üçün əsəb sisteminin tonusunu  qaldırmaq lazımdır. Birinci növbədə pəhriz olunmalıdır. Belə ki, acı ədviyyatlardan, alkoqoldan, qəhvədən imtina edib, əvəzində  təzə  tərəvəz, meyvə, bal və arıçılıq  məhsulları ilə qidalanmaq vacibdir. Tərkibində yüksək dərəcədə E vitaminli qidaları da qəbul etməklə tərləmənin qarşısı  alına bilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü