Bu yemək növü necə yaranıb?
Ümumilikdə dünyada 200 minə yaxın pizza növü var. Qədim yunanlar əvvəlcə kömür və daş üzərində pizzaya bənzər tortlar bişirməyi başladılar. Daha sonra onlar zeytun yağından istifadə etməyə başladılar. Əsl italyan pizzası 1552-ci ildə, yəni pomidorun Avropaya gətirildiyi zaman yarandı. 17-ci əsrdə pizzaya pendir, pomidor, balıq, göyərti və donuz əti əlavə olunmağa başladı. O, zamanlar bu dadlı yeməyin hazırlanması "pizzaiol" adlanan ustalara həvalə edilirdi.
Ninja tısbağalarının ən sevimli yeməyi
Ninja tısbağaları haqqında cizgi filmi 1984-cü ildə çəkilmişdir. Əvvəlcə personajlar başqa yeməklər yesələrdə, daha sonra təxminən 1987-ci ildə pizza onların ən sevimli yeməklərindən birinə çevrildi.
Qeyri-adi aşpaz
ABŞ-ın liman şəhərlərindən biri olan Qlaskoda qeyri-adi pizza restoranı var. Bu məkanı işlədən insan qeyri-adi aşbazlıq qabilliyəti ilə seçilir. O, hazırladığı pizzaların üzərində məşhur siyasətçiləri, idmançıları və rəssamları təsvir edərək şedevrlər yaradır. Çox maraqlıdır ki, bunun üçün o, sadəcə pomidor sousu və mozzarella pendirindən istifadə edir.
300 il yaşlı restoran
İlk pizza restoranı 1738-ci ildə Neapolda açılıb. Həmin müəssisə bu günə qədər çox uğurla fəaliyyət göstərir. Turistlərin ən sevimli məkanı olan bu yerdə 30-dan çox növ pizza bişirilir.
Helikopter ilə çatdırılma
Dünyanın bir çox yerində pizza sevilir və asanlıqla onu sifariş edirlər. Lakin alyaskalılar bu sevimli yeməyi almaqda çətinlik çəkirlər. Burada sifariş edilən pizzanın çatdırılması helikopter və ya təyyarə ilə həyata keçirilir və tamamilə pulsuzdur.
Fanatlar üçün 1000 dollar
2017-ci ildə müğənni Ledi Qaqa konserti ləğv olunduğu üçün üzrxahlıq olaraq pərəstişkarlarına pizza hədiyyə etmək qərarına gəlib. İfaçı fanatlarına pizza sifariş etdiyinə görə təxminən min dollar xərcləmişdi.
Paraşütçülərin qeyri-adi hərəkətləri
2021-ci ildə ABŞ-ın Texas ştatının Hyuston şəhərində hündürlükdən tullanma rekordu qazanmaq istəyən dörd paraşütçü pizza qutusunu açıb yeməyə başlayarkən kamera ilə ən maraqlı anlarını qeydə alıblar.
Paraşütçü Lori Patalocco mətbuata verdiyi açıqlamasında bildirib ki, “Bu indiyə qədər etdiyim ən inanılmaz və ən əyləncəli tullanma idi”.
Xatırladaq ki, görüntülər qısa müddət ərzində sosial mediada izlənmə rekordu qırmışdı.
İlk virtual pul hara xərclənib?
İlk virtual pul pizza almaq üçün xərclənib. 2010-cu ildə elektron pul ilə alınan pizzanın qiyməti təxminən 1000 bitkoin ( təxminən 45 dollar) təşkil edib. Hazırda bu pizzanın qiyməti 1.000.000 milyon dollardan çoxdur.
"Qeyri-adi" reklam
ABŞ-da ən məşhur olan pizza restoran şəbəkəsi olan “ Pizza Hut” 2001-ci ildə öz pizzalarını Beynəlxalq Kosmik Stansiyaya göndərdi. Məhsulunu beləliklə reklam edən məşhur restoran bunun üçün təxminən 700 min dollar xərcləməli oldu. Bu reklama sərf olunan vəsait tezliklə öz bəhrəsini verdi.
Samirə Tağıyeva, “İki sahil”