04 may 2023 02:36
1042

Təzyiqi necə azaltmaq olar: 6 asan yol

Yüksək qan təzyiqi və ya hipertoniya infarkt, insult və böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola biləcək ciddi bir vəziyyətdir. Təzyiqi idarə etmək və təhlükəli nəticələrin qarşısını almaq üçün onu aşağı salmağın tez və effektiv yollarını bilmək vacibdir. Bu yazıda qan təzyiqini aşağı salmağın 6 “sürətli” yoluna nəzər salacağıq.

Dərindən nəfəs almaq

Qan təzyiqini aşağı salmağın sürətli bir yolu dərin nəfəs məşqləri etməkdir. Dərin, yavaş nəfəs almaq rahatlanmağa kömək edir, stresi azaldır və qan təzyiqinin aşağı düşməsinə səbəb ola biləcək parasimpatik sinir sistemini stimullaşdırır.

Meditasiya və ya yoqa

Meditasiya və ya yoqa ilə məşğul olmaq stress səviyyələrini  azaltmaqla qan təzyiqini aşağı salmağa kömək edə bilər. Bir neçə dəqiqəlik təklik və tənəffüsünüzə diqqət yetirmək və ya sadə yoqa hərəkətləri etmək qan təzyiqinizə müsbət təsir göstərə bilər.

Masaj

Xüsusilə boyun və çiyin qurşağının masajı qan təzyiqini aşağı salmağa kömək edə bilər. Masaj əzələləri rahatlatmağa, qan dövranını yaxşılaşdırmağa və təzyiqi normallaşdırmaqla stresin səviyyəsini azaltmağa kömək edə bilər.

Bədən mövqeyində dəyişiklik

Yüksək qan təzyiqiniz varsa, bədən mövqeyinizi dəyişdirməyə çalışın. Ayaqlarınızı yuxarı qaldıraraq arxası üstə uzanmaq və ya baş və ayaq dəstəyi ilə rahat kresloda oturmaq təzyiqi azaltmağa kömək edə bilər. Əsas odur ki, rahat bir mövqe tutasınız və istirahətinizi təmin edəsiniz.

İsti duş və ya Vanna

İsti duş və ya vanna qan təzyiqini aşağı salmağa kömək edə bilər. Çünki istilik əzələləri rahatlamağa və qan dövranını yaxşılaşdıran qan damarlarını genişləndirməyə kömək edir. Lavanda və ya rozmarin kimi efir yağları olan vannalar qəbul etmək çox yaxşı effekt verir.

Su içmək və kofeindən uzaq durmaq

Bədənin suya olan tələbatının ödənilməsi yüksək qan təzyiqinin qarşısının alınmasına kömək edə bilər. Buna görə də kifayət qədər su içmək vacibdir. Bununla belə, qəhvə, qara çay, enerji içkiləri kimi kofeinli içkilərdən qaçmaq lazımdır. Çünki qəhvə qan təzyiqinin qısa müddətdə qalxmasına səbəb ola bilər.

Nubar Süleymanova, “İki sahil”