04 may 2023 01:35
740

Dünyanın ən bahalı 5 qidası

Zəfəran

Bir kiloqram zəfəran əldə etmək üçün təxminən 300 min çiçək toplamaq lazımdır. Restoranlarda bu ədviyyat seyflərdə saxlanılır.

Dünya bazarlarında onun 1 kiloqramının qiyməti 5400 dollardır.

Ağ trufel

İtaliyanın Alba şəhəri yaxınlığında yabanı palıdların köklərində bitir. Yerli sakinlər orada yerdombalanı yığırlar. Ağ trufelin 1 kiloqramını dünya bazarlarında 3000 dollara satılır.

Qara kürü

Bu kürü bir qayda olaraq hazırda məhv olmaq təhlükəsi altında olan Xəzər dənizindəki nərə balığından yığılır. 2005-ci ilin oktyabrında qara kürünün ixracına qadağa qoyuldu ki, bu da kürünün qiymətini xeyli artırdı.

Dünya bazarlarında 1 kq-ı 1500 dollardır.

Kobe mal əti

Yaponiyanın Hyoqo prefekturasındakı fermalarda istehsal olunur. Bu fermalarda inəklərə pivə içirdilir və onlar xüsusi işçilər tərəfindən mütəmadi olaraq masaj edilir, dəriləri ovuşdurulur. Dünya bazarlarında qiyməti 1 kq üçün 2000 dollar təşkil edir.

Atlantik qızılbalığı

Bu, kral xərçəngindən baha başa gələn yeganə balıqdır. Yabanı qızılbalıq fermada yetişdirilən qızılbalıqdan daha sağlam və dadlı hesab olunur. Bu balıqlar Atlantik okeanın şimalında yaşayır.

Dünya bazarlarında qiyməti 1 kq üçün 55 dollardır.

Nubar Süleymanova, “İki sahil”