04 may 2023 00:57
665

Eyfel qülləsində ürək köçürmə əməliyyatı?

Aprelin 28-də günorta saatlarında Parisdəki Eyfel qülləsinin ikinci mərtəbəsində fövqəladə hadisə baş verib: bir kişinin ürəyi dayanıb.

Təcili tibbi yardım maşını hadisə yerinə gəlib. Vəziyyəti nəzərə alan həkimlər həmin şəxsi yerindəcə əməliyyat etmək və ona süni ürək qoymaq qərarına gəliblər.

“RİA Novosti” yerli telekanallara istinadən xəbər verir ki, iki saat sonra həyat əlamətləri geri qayıdan xəstə Fransa paytaxtında xəstəxanaya aparılıb.

Nubar Süleymanova, “İki sahil”