04 may 2023 00:12
800

Bu məhsulların qiyməti heç də hər kəsin cibinə uyğun deyil

"Matsutake” göbələyi

"Matsutake" və ya "matake" göbələyinin vətəni Yaponiyadır .Bu göbələk, həmçinin bir neçə Asiya ölkələrində yetişir . Son zamanlar böcəklər tərəfindən məhv edilən bu dəyərli göbələklərin sayı olduqca azalmışdır və demək olar ki, tükənmək üzrədir.

Aşpazlar onu parlaq, zəngin ədviyyatlara xas qoxusuna görə qiymətləndirir. Əsasən  Çin, Koreya və xüsusən də Yaponiyada bu göbələk delikates hesab olunur. Ona görə də bəzən onu “yapon  trüfeli” adlandırırlar. "Matsutake" adətən qrildə hazırlanır, öncədən isə soya sousunda yüngülcə basdırma olunur və süfrəyə düyü ilə təqdim olunur. Bu bahalı delikatesin  bir  porsiyası təxminən  1000 dollardır.

Beyql çörəyi

Dünyanın ən bahalı yeməkləri siyahısına  Beyql çörəyi də daxildir. Beyql  halqa şəklində hazırlanan xırçıltılı  və üz qabığı qızılı rəngdə olan ənənəvi yəhudi çörəyidir. Bu çörəyi yalnız   Nyu-Yorknun "Westin" hotelində işləyən  baş aşpaz Frenk Tujaq hazırlayır. Onun xüsusi resepti ilə hazırlanan Beyql içliyi kərə pendiri və İtaliyanın Alba  bölgəsindən olan ağ trüfel üzərinə zərif qızılı plastinkalar örtülür və qodji giləmeyvəsindən hazırlanmış jeledən ibarətdir. Beyql istənilən vaxt otel nömrəsinə sifariş etmək və ya səhər yeməyi zamanı otelin barında sifariş etmək mümkündür. Bu neymətdən dadmaq istəsəniz, adətən  sifarişi 24 saat öncədən etməlisiniz. Qeyd edək ki, Beyql çörəyinin bir ədədi təxminən  1000 dollardır.

“Densuke” qarpızı

Yəqin ki,  bahalı giləmeyvələr  haqqında çox eşitmisiniz, lakin  "Densuke" qarpızı bu yarışmada  asanlıqla qalib gələcək bir nemətdir. "Densuke"  Yaponiyanın Hokkaydo adasında böyüyən xüsusi bir qara qarpız növüdür. Bəs görəsən, o, niyə bu qədər bahalıdır? Demək olar ki, il ərzində bu qarpız növündən  cəmi 65 ədəd yetişir. Dadı  adi qarpızdan dəfələrlə şirin olan "Densuke"nin qiyməti təxminən  6100 dollardır.

“Yubari” yemişi

"Densuke"nin ən bahalı  giləmeyvə olduğunu düşünürsünüzsə, siz səhf edirsiniz. Çünki "Yubari" yemişinin cütü təxminən  22,872 dollara başa gəlir. Yaponiyada yetişdirilən bu nadir məhsul iki müşk yemişinin hibrididir, parlaq narinci rəngli, sulu və şirin dadı vardır.  Adətən bu yemiş  növü ideal dairəvi formaya sahibdir.  Yaponiyada "Yubari" ni tez-tez bahalı hədiyyə kimi dəyərli qonaqlara bağışlayırlar.

“Almas” kürüsü

Londona səyahət etsəniz o zaman orada satılan dünyanın ən nadir və ən bahalı kürüsünü mütləq dadmalısınız. Bunun üçün  "Caviar House və Prunier"mağazazasına  müraciət edin. Bu kürü heç də qara kürü deyil, bu kürü “almas” adlanır, o, albinos-ağbalığın kürüsüdür və İrandan ixrac olunur. " Almas" xalis qızıldan olan balaca bankalarda satılır. Kürü dənələri fərqli rənglərdə solğun boz rəngdən ağ rəngə qədər ola bilir. Dənələrin rəngi nə qədər açıq olarsa kürü bir o qədər bahadır. Bir porsunun qiyməti 25 min – 35 min dollar  aralığında dəyişir.

“Es-Lecend” balığı

2018-ci Yaponiyada keçirilmiş hərracda planetin ən bahalı balığı satılıb.  Söhbət Es-Lecend adlı koi çəkisindən (karp) gedir. Çəkikimilər dəstəsinə aid olan balıq 1,8 milyon dollara varlı kolleksiyaçı tərəfindən satın alınıb. 1 metr uzunluğunda olan bu balıq hərracdan da əvvəl məşhur olub. Belə ki, koi iştirak etdiyi bütün sərgilərdə birinci mükafatları qazanıb. Ümumiyyətlə, koi çəkiləri Yaponiyada keçirilən hərraclarda böyük pullara satılır. Əvvəlki koi yarım milyon dollara alıcısını tapıb. Bu balıqların belə qiymətə satılması onunla əlaqədardır ki, o, Yaponiyada qızılla yanaşı əsas qiymətli daş qaşlardan biri hesab edilir.

Koi çəkisi 2500 il əvvəl Çində əhilləşdirilib. Həmin vaxtdan etibarən balıq insana öyrəşib, hətta başını sığallayanda etiraz etmir. Koi akvariumlarda və məbədin göllərində saxlanılır. Onun müxtəlif rəngləri olur, 1 metrə qədər uzanır və 30 ilədək yaşayır.

“Yaqut” üzümü

Xüsusi rəngi, iri gilələri ilə seçilən “Yaqut” üzümünün bir salxımın qiyməti təxminən 5400 dollardır. Bu üzüm Yaponiyada yetişdirilir.Onun hər giləsinin diametri nə az, nə çox 3-sm-dən başlayır və 20 qrama çatır. Qeyd edək ki, bu növ üzüm 14 il ərzində yetişdirilib.

Fransız kartofu

Fransız kartofunun 1 kq qiyməti 457 dollardır. Bu kartof növü “La Bonnote de Noirmoutier” adasında yetişdirilir. Qeyri-adi dadı ilə seçilən kartofa xüsusi qulluq lazımdır. Bir ildə bu kartofdan təxminən 100 ton yetişdirilir.

“Luşak” qəhvəsi

Dünyanın ən bahalı qəhvəsi hesab olunan Luşak qəhvəsi  İndoneziyada hazırlanır. Mişk pişiyi qəhvə meyvələrini yedikdən sonra tumlarını mədəsində saxlayır. Daha sonra qıcqırmış qəhvə dənələrini ifrazat halında xaric edir. Bu qəhvənin illik ümumi istehsalı yalnız 380 kiloqramdır. Təbiətdə az tapılan bu qəhvə növünün 1 kiloqramı təxminən  580 dollara satılır.

Samirə Tağıyeva, “İki sahil”