Nə qədər yatırsınız? Gecələr tez-tez oyanırsınız? Yuxunu necə yaxşılaşdırmaq olar? Bu sualları rusiyalı mütəxəssis Aleksandr Myasnikov “Rossiya 1” kanalında “Ən vacibi haqqında” verilişində cavablandırıb.
Harvard Universitetinin alimləri müəyyən ediblər ki, keyfiyyətli yuxu bir neçə kriteriyaya malikdir: siz yuxu həbləri qəbul etmirsiniz; yuxudan oyandıqdan sonra istirahət etdiyini hiss etmək, ən azı 8 saat yatmaq; yuxuya getməkdə çətinlik çəkməmək, gecələr oyanmamaq.
Teleaparıcı Aleksandr Myasnikov yuxusuzluğun zərərini və mənfi nəticələrə səbəb olduğunu izah edib. Bununla belə, həkim əlavə edib ki, çox yatmaq da sağlamlığımız üçün zərərlidir.
"Gündə 7 saatdan az yatsanız, piylənmə, şəkərli diabet, insult və infarkt riski, hətta onkoloji riskiniz artır. 9 saatdan çox yatmağın da diabet və eyni ürək xəstəlikləri kimi sağlamlıq riskləri ola bilər.”
Həkimin sözlərinə görə, gecələr nə qədər tez-tez oyandığınıza diqqət yetirmək vacibdir. Bundan əlavə, həkim yuxu həblərinin orqanizmə mənfi təsirinin olduğunu vurğulayıb-onlar asılılıq yarada bilər. O, melatonin qəbul etməyi məsləhət görüb, lakin izah edib ki, zaman keçdikcə əvvəlki effektivliyi ilə təsir etməyi dayandırır.
Teleaparıcı yuxudan sonra dincəlməyin vacibliyini və bunun üçün eyni vaxtda yatmağa alışmağın gərəkliyini söyləyib. Bundan əlavə, yatmazdan bir neçə saat əvvəl xəbərləri oxumağı, qadcetlərdə oturmağı və televizora baxmağı dayandırmalısınız. Mütəxəssis onu da bildirib ki, ancaq çarpayıda yatmalısınız.
Myasnikov gecə yemək yeməməyi də məsləhət görüb. Onun sözlərinə görə, aclıq hissi varsa, bir parça alma və ya yer kökü yeyə bilərsiniz.
Nubar Süleymanova, “İki sahil”