11 may 2023 02:35
722

Fitneslə bağlı bunları bilirdinizmi?

Bilirsinizmi ki, özünüzü əla formada saxlamaq üçün həftədə cəmi bir saat yarım fiziki məşqlərə vaxt ayırmaq kifayətdir. Beləliklə, cəmi iki fiziki məşq bədəninizə müalicəvi təsir göstərəcək və siz uzun müddət müsbət enerji ilə yüklənəcəksiniz. Bu yazıda fitnes haqqında yəqin ki, hələ eşitmədiyiniz, lakin hər kəsin bilməli olduğu maraqlı faktlardan söhbət açılır:

Musiqi dinləyin və fitneslə məşğul olun

Musiqi kompozisiyaları ilə məşq etməyin daha xoş və daha asan, eyni zamanda, daha təsirli olduğunu bilirdinizmi? Musiqi əsərlərinin ritmi stimullaşdırıcı təsirə malikdir, ona görə də siz daha çox təkrarlar yerinə yetirə və ya daha uzun məsafəyə qaça biləcəksiniz.

Fiziki məşqdən sonra daha yaxşı yatacaqsınız

Yuxusuzluqla mübarizədə bədən tərbiyəsinin çox təsirli olduğu çoxdan sübut edilmişdir. Fiziki məşqlər əzələlərinizi və oynaqlarınızı gücləndirir, həmçinin sinir sisteminə çox güclü müsbət təsir göstərir. Beləliklə, fiziki fəaliyyət və sakitləşdirilmiş sinirlər uzun müddətli sağlam yuxuya çox faydalı təsir göstərir.

Rəngli yuxular görmək istəyirsinizsə...

Bir çox insanlar yuxu görmədiklərini və ya yalnız rəngsiz gördüklərini deyirlər. Alimlər sübut etdilər ki, idman və yoqa yuxunu "rəngləndirə" bilər. Belə ki, idmandan sonra rəngarəng və çox rəngli yuxular görəcəksiniz.

Məlumdur ki, insanın əzələləri nə qədər çox olarsa, bir o qədər çox qida istehlak edilməlidir. Bu, peşəkar idmançılar tərəfindən qida maddələrinin əla həzm olunma qabiliyyətini izah edir. Aktiv idman qida qəbulundan əldə edilən maddələrin daha yaxşı mənimsənilməsinə nail ola bilər.

Onurğa sütununu necə möhkəmləndirməli?

Osteoxondroz ciddi və təhlükəli bir xəstəlikdir. Onurğa xəstəliyindən insanın ümumi vəziyyəti pisləşir, fiziki imkanlar azalır. Həftədə bir neçə dəfə cəmi bir saat üzgüçülük və fiziki məşq sizi belə ağır xəstəlikdən, eləcə də onurğa sütununun digər təhlükəli xəstəliklərindən xilas edəcək.

Əzələ sistemini gücləndirən və bərpa edən vasitə

İnsan yaşlaşdıqca əzələlər tükənir, güc azalır. Qocalıqda idmanla məşğul olmayan insan əzələlərin cəmi 20 %-ni saxlayır. Daimi məşq əzələ çərçivəsini saxlamağa imkan verir və beləliklə, bir çox yaşa bağlı xəstəliklərdən qaça bilərsiniz.

Sevgi və idman

İdmanla məşğul olmamışdan əvvəl bir neçə dəqiqəlik sevgi filminə baxmaq məşqlərin təsirini artırır. Belə ki, bu cür "romantik" filmlərə baxarkən, bu, kişilərdə təlimin təsirini artıran testosteron istehsalına təsir göstərir.

Spirtli içkilərdən imtina edin

Gündəlik 30-40 qram spirt istehlak etsəniz, o zaman testosteronun 7 %-ni itirəcəksiniz. Bu, həm dözümlülüyü, həm də əzələ kütləsini azaldır. Beləliklə, az-az olsa belə spirtli içkilərdən imtina etmək daha yaxşıdır.

Nubar Süleymanova, “İki sahil”