Xəstələndiyiniz zaman içdiyiniz antibiotik zərərli bakteriyalar ilə birlikdə yararlı olanları da öldürür. Antibiotik istifadəsi bitdikdən sonra bütöv bir sarımsaq udmaq bağırsaqdakı yararlı bakteriyaları təkrar həyata qaytarır.
Sağ əldən qan vermək ciyər xəstəliklərinə, sol əldən qan vermək dalağa və allergik xəstəliklərə yaxşı təsir edir.
Vücuda nə qədər zeytun yağı girərsə, o qədər zəhər çıxar. Beyin iltihabını da azalaraq bitirir. Bundan əlavə, hafizəni də gücləndirərək unutqanlığın qarşısını alır.
Gecələr aşağı voltajlı sarı və ya narıncı lampalardan istifadə edin. Bu tonlar xoşbəxtlik hormonlarını artırır və stresi azaldır.
Qulaq çöplərindən istifadə etməməyə çalışın. Qulaq kiri qulağın baxım kremidir. Çöplər kiri içəri doğru itələyərək, bir çox xəstəliyə səbəb olur.
Yaşıl çay bir dəqiqədən artıq qaynatmadan hər gün içilərsə bağırsaq, mədə, ağciyər, sinə və üz xərçəngindən insanı qoruyur.
Uşaqlarınıza pərpərən yedirdin. Pərpərən vitamin və mineral deposudur. Tərkibindəki omeqa-3 yağ turşuları beynin inkişafı və güclənməsi üçün çox vacibdir. Diqqət və hafizə problemlərinin qarşısını alır. Çiy yeyildiyində daha faydalıdır.
Brokolinin ucundakı top dənələri kalsium bombasıdır. Sümüklərin kalsium ehtiyacını təmin edir, onların əriməsinin qarşısını alır. Mütəxəssislər həftədə ən az bir dəfə brokoli yeməyi tövsiyə edir.
Nubar Süleymanova, “İki sahil”