13 may 2023 00:57
585

İlbizlərin duyğuları və yaddaşı var imiş

Rusiyalı alimlər gözlənilməz nəticələr əldə ediblər. Məlum olub ki, üzüm ilbizləri yaddaşa malikdir və ən sadə duyğuları yaşayır. Rusiya Elmlər Akademiyasının akademiki Pavel Balaban ilbizlərin kiçik başını araşdırmağı bacarıb.

"İlbizdə emosiyalarla bağlı olan bütün hormonlar var. Beynin müəyyən sahələri stimullaşdırıldıqda, insanlar kimi müsbət və ya mənfi psixi proseslər yaşayır", - alim RİA Novosti-yə bildirib.

Rusiya Elmlər Akademiyasının Ali Nevroloji Fəaliyyət və Neyrofiziologiya İnstitutunun hüceyrə neyrobiologiyası laboratoriyasının rəhbərinin sözlərinə görə, eksperiment zamanı alimlər sübut ediblər ki, ilbizlərdə də “sevgi oxları” və yeni doğulmuş ilbizlərin super gücləri var. İlk üç-dörd həftə ərzində onlar qorxu hiss etmirlər.

Nubar Süleymanova, “İki sahil”