Dəmir yolu
Dünyada ilk dəmir yolu 1825-ci ildə İngiltərədə çəkilmişdir. Bu nailiyyətdən uzun müddət sonra almaniyalı elektrik mühəndisi Ernst 274 metr uzunluğunda elektrikləşdirilmiş dəmir yol xətti üzərində ilk elektrik lokomotivini nümayiş etdirmişdir. Bu lokomotiv buxarla işləyən qatarla müqayisədə daha səssiz və təhlükəsiz olmaqla yanaşı, ətraf mühitə də az zərər vururdu.
Avtomobil
İlk avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb.
İlk avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi.
Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.
Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır. Müasir avtomobilin yaranmasının təqribən 100.000 patent alınışından sonra reallaşdığı təxmin edilir.
Bel çantası
5000 ildən çox əvvəl elm adamları tərəfindən «Buz adamı Otzi» ləqəbli tək səyyah Alp dağlarını oxlarla dolu çəngəl və dəridən hazırlanmış taxta çərçivəli bel çantası ilə məşhurlaşdı. Müasir kürək çantası isə 1800-cü illərin sonlarında Norveçdə istifadə edilməyə başladı. Lakin bu çantanın ixtiraçısı nədənsə təyin edilməmişdir. Daha sonra 1886-cı ildə Vətəndaş Müharibəsi veteranı olan Yeddinci Piyadanın polkovniki Henri Kley Merriam əsgərlərə iri və ağır olan ağır yükləri qaldırmağa imkan verən mürəkkəb çərçivəyə, qayışlara və tokalara malik hərbi bel çantasını patentləşdirdi. Çiyin qayışları olan çantaya bənzəyən yerli Amerika dizaynından götürülmüş Trapper Nelson kürək çantası 1922-ci ildə ortaya çıxdı.
Kağız
Kağız ilk dəfə b.e II əsrində Çində Çay Jun tərəfindən hazırlanmışdır. İlk vaxtlar kağızın hazırlanmasında ipəkdən, tut ağacının qabığından və s. bitki liflərindən istifadə edirdilər. Onun hazırlanma üsulunu çinlilər başqa xalqlardan uzun müddət gizli saxlamışlar.
Avropada ilk dəfə kağız isə yalnız X əsrdə hazırlanıb.
Tank
Dünyada ilk tank Böyük Britaniyada Birinci Dünya müharibəsində yaradılıb. Onun adı “Mari 1” olub. İlk tanklar avtomobil motorları ilə təchiz edilirdi. Bu tank 8 km/saat sürətlə hərəkət edə bilirdi. Maraqlıdır ki, ilk tanklar almanlara qarşı isttifadə edilsə də, hazırda dünyada ən güclü tankları istehsal edən ölkələrdən biri məhz Almaniyadır.
Tozsoran
İlk vakkum tozsoranı "Britiş Vakkum kompani"şirkətinin əsasını qoymuş ingilis mühəndisi K.Hubert tərəfindən 1902-ci ildə icad olunmuşdur. Bu tozsoran çox böyük idi və dörd təkər üzərində yerləşir,ata qoşularaq bir evdən digərinə aparılırdı.Şirkətin işçiləri tozsoran slanqı pəncərədən sallayaraq xalçaları təmizləyirdilər.Tozsoran o qədər şöhrət qazanmışdı ki,hətta kral 7-ci Eduardin Vest-minster abbatliğinda keçirilən tacqoyma mərasimi üçün salınacaq xalçaları onun vasitəsi ilə təmizləmişdilər.
1908-ci ildə ABŞ alimi Myurrey Spenqler yeni,yüngül vakkum tozsoranı patentləşdirdi.Belə tozsoranların istehsali ilə Uilyam Huverin firmasi məşğul olmağa başladi.
Mikrob muzeyi
Dünyada ilk mikrob muzeyi 2014-cü Niderlandda Amsterdam şəhərində açılıb. Bu muzey ziyarətçiləri bakteriyalar ilə yaxından tanış edir və onların əsrarəngiz görüntüsünü təqdim edir.
“Micropia” adlanan muzeyin hazır olması üçün 10 milyon avro vəsait xərclənmiş və 12 il üzərində iş görülmüşdür.
İnternet
Uzun illər davam edən gərgin tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər.
Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. 1971-ci ildə isə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuş və bu lk internet ARPANET adlandırılmışdır.
İnternetin qloballaşması isə 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. Azərbaycanda isə internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.
Veb-sayt
Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi məlumat verirdi. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi.
Dünyada ilk veb-sayt ünvanı:http://info.cern.ch
Bu sayt həm də sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.
Restoran
18-ci əsrə qədər restoran anlayışı yox idi. İlk müasir restoranı 1765-1766-cı illərdə Parisdə Boulanqer açıb. Həmin vaxtdan müştərilərə seçim təklif edən anlayış meydana gəldi. O dövrdəki anlayışa görə, restoranın məqsədi insanları ət suyu bulyonu və şorba ilə sağlamlığa qovuşdurmaq idi.
Adı ilə məşhur olan ilk restoran 1782-ci ildə Parisdə açılıb. Grand Toveme de Loundres adı altında açılan bu restoranda yeməklərin adları sadalanır və müəyyən vaxtlarda bir nəfərlik masalara xidmət edilirdi. İlk restoranın açılışından sonra Fransada inqilabı baş verdiyindən, məşhur aşpazlar işsiz qalmış və müxtəlif ölkələrə köçmüşdülər. 1794-cü ildə Fransadan qaçanların əksəriyyəti Amerikada məskunlaşaraq restoran mədəniyyətini yaydılar.
Samirə Tağıyeva, “İki sahil”