17 may 2023 02:14
752

Bu “ən”lər sizin üçün çox maraqlı olacaq...

Ən çox səhifəli kitab

Dünyanın ən çox səhifəli kitabı olan «One Piece» (“Bir Parça”)
21 min 450 səhifədən ibarətdir.  Bir cilddə nəşr olunan bu kitabın müəllifi Eiiçiro Odadır.

Ən dərin dəniz

Filippin dənizi ilk növbədə dünyanın ən dərin dənizi kimi tanınır, çünki burada dərinliyi 110022 m olan  məşhur Mariana xəndəyi yerləşir. Su anbarının sahəsi cəmi 5726 min km²-dir.  Bu su anbarının yaxınlığındakı hövzə çox heterojendir və mürəkkəbliyi baxımından alimlər onu okeanın yatağı ilə müqayisə edirlər. Dibində təkcə dəniz dağları və silsilələr deyil, hündürlüyü 3000 metrə çatan sualtı vulkanlar da mövcuddur.

Ən çox əhalisi olan şəhər

Dünyanın ən çox əhalisi olan şəhəri Yaponiyanın Tokio şəhəridir. Onun əhalisi 26.500.000 nəfərdir.

Ən çox velosipeddən istifadə edən ölkə

Hollandiyanın Qroningen şəhəri dünyada ən çox velosipeddən istifadə olunan yaşayış məntəqəsidir. 200 min nəfərə yaxın əhalisi olan bu şəhərin sakinlərinin yarıdan çoxu (60 faizə yaxını) nəqliyyat vasitəsi olaraq yalnız velosipedə üstünlük verir.

Ən soyuq yer

Antarktida Yer kürəsinin ən soyuq yeridir. Lakin  təxminən 34 milyon il əvvəl buzla örtülənə qədər tamamilə buzsuz idi. Yer kürəsində bu günə qədər qeydə alınan ən soyuq  havanın temperaturu 1983-cü il iyulun 21-də Rusiyanın Vostok Stansiyasında - 89.2 °C şaxta qeydə alınmışdı. 

Antarktida az yağışlı donmuş səhradır. Bura il ərzində orta hesabla 20 santimetrdən az yağıntı düşür. Düşən yağıntı demək olar ki, həmişə qar şəklində olur. Qışda burada müşahidə olunan temperatur −80 °C  −89.2 °C arasındadır. Həmçinin dünyanın ən quraq yerlərindən biri kimi tanınan Vostok stansiyasında yayda belə qeyd olunan  maksimal  temperatur -32 °C-dir.

Ən çox turist qəbul edən şəhər

Dünyanın ən çox turist qəbul edən şəhəri Londondur. Bir il ərzində bu şəhərə təxminən 19 milyon turist gedir.Təkcə turizmdən şəhərin gəliri 20 milyard dollardan  çoxdur.

Ən uzun heykəl

Dünyanın ən uzun heykəli Hindistanın baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmışdır. Birlik heykəli adlanan bu heykəlin hündürlüyü 182 metrdir. (Azadlıq heykəlindən 4 dəfə böyük)

Ən qısa çay

Dünyanın ən qısa çayı 18 metr uzunluğuna sahib «Reprua» çayıdır. Abxaziyanın Qaqra bölgəsində axan bu çay dünyanın ən dərin mağarası Krubera-Voronyanın suları ilə qidalanır və Qafqazın Qara dəniz sahillərindəki ən soyuq çaylardan biri hesab olunur.

Ən hündür körpü

Malayziyada 660 metr yüksəklikdə yerləşən dünyanın ən yüksək tək dayaqlı piyada körpüsü yalnız bir polad dayağa bərkidilib.
Uzunluğu 125 metr olan körpü bənzərsiz olmaqla havadan asılı qalan dünyanın ən hündür qurğusudur.

Ən uzunmüddətli nikah

2018-ci ildə dünyada ən uzunmüddətli ailə münasibətlərinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil olan yaponiyalı Masao Matsumoto və onun həyat yoldaşı Miyako uzunmüddətli nikahın sirrini belə izah edib: "Mən çox sevincliyəm. Düşünürəm ki, səbəb səbirli olmağımdır" 1937-ci ildə nikah bağlayan cütlüyün əslində heç toyu olmayıb və bunun səbəbi Masaonun müharibəyə getməsi olub. Qeyd edək ki, cütlüyün 25 nəvəsi var.

Ən küləkli yer

Antarktidada yerləşən “Viktoriya Torpağı” dünyanın ən küləkli yeri hesab edilir. Burada küləyin sürəti-saatda 215 kilometr təşkil edir.

Ən böyük piramida

Çolula piramidası dünyanın ən böyük piramidası hesab edilir. Xeops ehramından da 4 dəfə böyük Çolulanın hündürlüyü 66 m-dir. İspanca Gran Piramide de Cholula adlanan bu piramida Meksikanın paytaxtı Meksikoda, Puebla əyalətinin Çolula şəhərində yerləşir.

Ən kiçik respublika

Nauru dünyada ən kiçik müstəqil respublika və ən kiçik ada dövlətidir. Nauru Respublikasında rəsmi bir paytaxt və ya şəhər yoxdur, sadəcə müəyyən bölgələr var. Sahəsi 21,3 km² təşkil edən bu ada Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşir(Şərqində Yeni Qvineya yerləşir, Ekvatorun və Marşall adalarının cənubundadır).

Ən çoxdilli ölkə

Papua Yeni Qvineyada 3 rəsmi dili olmasına baxmayaraq, müxtəlif dialektlərlə birgə cəmi 850 dildə danışılır. Bura, həmçinin Qrenlandiyadan sonra Yer kürəsinin ikinci ən böyük adasıdır.

Ən şəffaf çay

30 km uzunluğu olan Verzaska çayı bütün dünyada öz şəffaf, kristal kimi təmiz firuzəyi suları və dibindəki rəngarəng daşları ilə məşhurdur.  Bu çay İsveçrənin italyandilli hissəsində  Ticino vadisində yerləşən 30 kilometrlik Avropanın ən gözəl dağ çaylarından biridir. Hər il yüzlərlə turist bu heyrətamiz mənzərəni seyr etmək, şəffaf suda üzmək üçün bura üz tutur.

Ən sürətli liftə malik göydələn

Tayvanın paytaxtı Taybeydə tikilən 101 mərtəbəli göydələn saatda 63 kilometr sürət yığan dünyanın ən sürətli liftinə malikdir.
Belə ki, bu liftlə birinci mərtəbədən 89-cu mərtəbədəki müşahidə göyərtəsinə 39 saniyəyə çatmaq olar. İnşası 1,7 milyard dollara başa gələn bu göydələn şüşə, polad və alüminiumdan tikilən,  hər biri 80 metr olan, 380 beton dayağa “söykənib”. Bina güclü qasırğa və zəlzələyə qarşı da dözümlüdür.

Ən qısamüddətli müharibə

1896-cı ildə Böyük Britaniya ilə Zənzibar sultanlığı arasında dünya tarixinin ən qısamüddətli savaşı baş verib. Cəmi 38 dəqiqə davam edən müharibə müddətinə görə “Ginnessin Rekordlar Kitabı”na düşüb. Çox maraqlıdır ki, bu müharibədə Zənzibar ordusundan 500-ə yaxın əsgər öldü, Böyük Britaniya ordusundan isə cəmi 1 nəfər yaralandı.

Ən böyük mağara

Mərkəzi Vyetnamda yerləşən Şondonq mağarası hal-hazırda dünyanın ən böyük mağarası hesab edilir. O Vyetnam-Laos sərhədinin yaxınlığında olan Kuanqbin vilayətində Fonqnya-Kebanq milli parkının mərkəzində yerləşir.

Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 200m, eninin isə 150 m çatdığı müəyyən olunub. Unikal mağaranın ümumi həcmi isə 38.5 milyon  m³ təşkil edir. O, Malayziyada yerləşən Maral mağarasından 5 dəfə böyükdür.

Ən az əhalisi olan dövlət

Silənd Şimal dənizində yerləşən virtual dövlətdir. Demək olar ki, bura  dünyanın ən kiçik tanınmayan ölkəsidir.  Əhalisinin sayı  təxminən 27 nəfərdir. Silənd II Dünya müharibəsi zamanı alman təyyarələrinin qarşısını almaq üçün İngiltərə tərəfindən dəniz qalası kimi inşa edilib.

Samirə Tağıyeva, “İki sahil”