Ayaqqabı ayaqlarımızı təkcə yerdən kəsmək üçün deyil, həm də geyimimizə yaraşıq verən, üzərimizdəki aksesuarlara uyğunlaşdırılan əsas geyim növüdür. Onun yaranma tarixi çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi.
Əslində ayaqqabının 7 min illik tarixi var. İnsan ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə etmişlər. Paleolit dövründə ehtimal ki, ayaqqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5 - ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geymişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur.
İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunmuşdur. Şərqdə ayaqlarını isti qumdan qorumaq üçün ilk dəfə hündürdaban ayaqqabıdan istifadə edilib. Bu qədim sandallardan biri Qahirədəki Qahirə Muzeyində sərgilənir. Qeyd edək ki, həsirdən toxunmuş və qızıl saplarla bəzədilmiş bu sandallar firon Tutanxamonun xəzinələri arasında yer alır.
Keçmişdə ayaqqabıların iki cütü də eyni tikilirdi. İlk sağ sol cütü ayrı olan ayaqqabı 1840-cı ildə ABŞ-nın kraliçası Viktoriya üçün tikilmişdir. 1850-ci ilədək ayaqqabı əldə tikilirdi, məhz bu ildə Jan Ernest Matzeliger ayaqqabı tikiş maşınını icad etdi.
Kvadrat burunlu ayaqqabı Fransa kralı VIII Çarlz sayəsində yaranıb. Bir ayağında altı barmağı olan kral üçün itiburunlu ayaqqabılar çox narahat idi.
14-cü əsrdə “pulenı” adlanan uzun və sivri burunlu ayaqqabılar kütlə arasında məşhurlaşdı. Bununla belə, moda qurban tələb edirdi və belə ayaqqabıları geyinmək çox vaxt ayağın strukturunun zədələnməsinə, bəzən isə sınıqlara gətirib çıxarırdı.
“Pulenı” adlanan bu aqqabıları çox vaxt kişilər geyinirdi. Onların geyindiyi corabın uzunluğu onların cəmiyyətdəki statusunun nə qədər yüksək olduğunu göstərirdi. Bu ayaqqabıların burunlara forma vermək üçün onlar yun və ya mamır ilə doldurulurdu.
Əvvəlcə ayaqqabılar krujeva və ya lentlə ayaqda bağlanırdı. Daha sonra metal tokalar meydana çıxdı. Demək olar ki, bu metal tokaların müxtəlif forması insanların statusunu göstəricisi idi.
Yüksək dikdaban ayaqqabıların gözəllik məqsədiylə istifadə tarixi 1533-cü il olaraq qeydlərə keçmişdir. Bu dikdaban ayaqqabının yaradıcısı Leonardo da Vinçidir. Florensiyanın məşhur ailələrindən olan Medicis ailəsinin qızı Cetherine de Medicis bir şahzadə ilə evlənəcəkdi. Cetherine, kiçik bir qızdır, lakin mərasim olduqca görkəmli olacaq. Ailə bir həll tapmaq üçün bir çox adama müraciət edir. Cetherine mərasimin izzəti altında qalmamalıdır. Rəvayətə görə çarəni Leonardo da Vinçi tapır. Bu dikdaban bir ayaqqabıdır və Cetherinenin görünüşündən təsirlənən qadınlar dərhal təqlid etməyə başlayırlar.
Daha sonra, eyni keçmişdə yaşandığı kimi dikdaban ayaqqabı bir status göstəricisi olur. Çünki işçi sinifi istifadəsiz və bahalı olan ayaqqabını alacaq gücdə deyil . Dikdaban ayaqqabı ilə əlaqədar bir çox sənəd olsa da, tarixi o qədər də dəqiq deyil. Məsələn, misirli qəssablar yerdəki qandan ayaqlarını qorumaq üçün, monqol atlıları da üzəngilərini daha yaxşı qavraya bilmək üçün, Orta Şərq bölgəsində “ayağı qızğın” qumlardan yüksəkdə tuta bilmək məqsədi ilə ayaqqabılara topuq əlavə edildi.
17-ci əsrin sonunda kral XIV Lüdovik qırmızı dabanlı hündürdaban ayaqqabılar dəbini təbliğ etməyə başladı. O, hətta qırmızıdabanlı ayaqqabı geyinməyənləri həyətinə girməyi qadağan edib.
1880-ci illərdə London polisi ilk rezin altlıqlı ayaqqabı hazırladı. Belə ayaqqabılarda cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynamışdır. Zaman keçdikcə idman assortimenti o qədər genişləndi ki, krosovkaları idmandan kənar yerlərdə də geyməyə başladılar. İlk dəfə krosovkaları “PRADA” italyan evi öz nümayişlərinə (1992-ci il) daxil etmişdir. Onun ardınca “FENDİ” dəb evi qadınlara kedin formasını təkrar edən tufli təklif etdi.
Yaponiyanın avanqard dizayneri Yojdi Yamamoto ilə “ADİDAS”ın dueti xüsusilə yaddaqalan oldu. Onlar xrizantemalarla bəzənmiş ipəkdən krosovkalar, krosovka-çəkmələr, zamşadan kimonodakı kimi ipək şnurları olan hündür boksyor butsları yaratdılar.
Ötən əsrin 70-ci illərinin əvvəllərində “Converse” firmasının rahat parusin (qalın kətan parça) tufliləri bütün Amerikada populyarlıq qazandı. Yeri gəlmişkən, “Converse” firmasının ked və krosovkaları qaçışla məşğul olanların sevimli ayaqqabılarıdır. Əfsanəvi baksetbolçu Çak Teylor da onların sadiq pərəstişkarı idi.
Ən iri istehsalçılardan biri olan “REEBOK” ilk dəfə tikanlı model satışa buraxmışdır. Başqa iri şirkət olan “NİKE”a dünya idman paltarı və ayaqqabısı bazarının 35 faizi məxsusdur.
Samirə Tağıyeva, “İki sahil”