18 may 2023 08:18
515

Mindən çox yaşı olan İncil 38,1 milyon dollara satılıb

Mindən çox yaşı olan İncil Nyu-Yorkda "Sotheby's" hərracında 38,1 milyon dollara satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sotheby's" ticarət evinin "Twitter" səhifəsində bildirilib. "Ən qədim və ən tam ivrit dilində İncil ayrıca tarixi hərracda satılıb", - deyə paylaşımda deyilir.

KİV-lərinə məlumatına görə, sözügedən İncilin 1,1 min yaşı var.