19 may 2023 01:35
688

Almaniyanın ilk Su Qalası

Dünyada olan tarixi mədəniyyət abidələri turizmin inkişafına təsir göstərən,ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardandır.Turizm öz növbəsində ölkənin mədəni irsinin dünyaya tanıdılmasında xüsusi rol oynayır.Çünki istənilən ölkəyə səyahət edən turist həmin ölkənin tarixinə,yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir.Bu nümunələrdən biri də Almaniya ölkəsinin Mannheim şəhərində inşa edilən Mannheim Su Qalasıdır.Qala  1886-1889 illər arasında , alman memar, universitet müəllimi Gustav Halmhuber tərəfindən inşa edilmişdir.Həmçinin qala şəhərin mühüm simvolu kimi də tanınır.

Manheim Su Qalası şəhərin ilk su qalasıdır.Şəhərin vətəndaşları 1887-ci ildən etibarən su təchizatına qəbul olunmaq üçün könüllü olaraq qeydiyyatdan keçməyə başladılar.2000-ci ildə su qalasının ətrafında daha hündür su qalası tikildikdən sonra,qala yerüstü su anbarı kimi fəaliyyət göstərməyə başlamışdır.Həmçinin daimi su təzyiqini saxlayan içməli su mənbəyi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 60 metr, diametri isə 19 metrdir. İkinci Dünya müharibəsi zamanı ciddi zədələndikdən sonra bərpa edilmiş və yenidən qurulmuşdur.Cəlbedici Mannheim Su Qalası Frederick Meydanı’nda ən çox ziyarət edilən turistlik yerlərdən biridir.Qalanın ətrafı qızılgül bağı,park və rəsm qaleriyası ilə əhatə olunub.Hər qış burada Yeni il bazarı qurulur.

Aytac Məmmədova,
Azərbaycan Universitetinin tələbəsi