18 may 2023 23:19
605

Bu robot insan kimi yeriyir - VİDEO

"Tesla", keçən ilin sonunda "Optimus" kod adlı pilotsuz robot "Tesla Bot"u rəsmi olaraq təqdim edib.

“İki sahil” xəbər verir ki, təqdimatından çox keçməsə də, "Tesla Bot"un inkişafını əks etdirən yeni video paylaşılıb. İlon Mask bu videonu səhmdarların yığıncağında paylaşıb və görüntülərin cəmi bir gün əvvəl düzəldiyini iddia edib.

"Tesla Bot"un bir konteynerdən əşyaları götürüb ikinci konteynerə qoyması göstərilib. Hətta bu vəziyyətdə belə deyə bilərik ki, "Tesla Bot"un çox uzun bir yolu var. Lakin cəmi 7 ayda əldə edilən irəliləyiş İlon Maskın arzularının uzaqda olmadığını göstərir.